ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Tina Kaydanau Azərbaycana bir günlük səfərə gəlib.
Bu barədə Amerika səfirliyin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Kaydanau səfər çərçivəsində Azərbaycan hökumətinin yüksək vəzifəli şəxsləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. Səfər zamanı Tina Kaydanau geniş çeşidli qarşılıqlı maraqlar əsasında ABŞ-la Azərbaycan arasındakı əlaqələri müzakirə edəcək.
Tina Kaydanau qeyd edib ki, Birləşmiş Ştatlar Azərbaycanı mühüm tərəfdaş hesab edir.
Amerikalı diplomat bildirib ki, «Bizim maraqlarımız bir çox sahələrdə, o cümlədən Cənub Dəhlizinin tərkibində olan qaz və neft layihələri ilə enerji təhlükəsizliyinin gücləndirilməsindən tutmuş terrorizm və ekstremizmə qarşı mübarizədə birgə işimizə kimi üst-üstə düşür. Biz, Azərbaycanın Kosovodan tutmuş İraq və Əfqanıstanda regional və qlobal təhlükəsizlik sahəsində göstərdiyi töhfələri yüksək qiymətləndiririk».

Səfir Kaydanau Azərbaycan və digər Qafqaz ölkələri arasında əlaqələrə birbaşa məsul olan Dövlət Departamentinin rəsmisidir.