Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 03:26

Araz Elsəs: «Yaltaqlıq itə yaraşır»


Araz Elsəs
Araz Elsəs
«Nə olursa-olsun Bakıda konsert olacaq».

Bunu «İŞDƏN SONRA»da ozan Araz Elsəs deyib.

O deyir ki, mahnıları yaşadıqlarıdı: «Xalqımın ağrıları-acılarıdı. Mən ozanam. Xalqın ozanıyam. Bu ağrı-acı bitdikdən sonra sevincli günlər üçün oxuyacam».

Elsəs deyir ki, o, hələ heç kimi mədh etməyi: «Araz məddah deyil. Yaltaqlıq itə yaraşır. Elçibəyi kütlə içində tənqid etmişəm».

Ozan bildirir ki, neçə illər bayraq həsrəti, dövlət həsrəti çəkib: «Mən azad yaşamaq istəyirəm. Azərbaycanın sağı da, solu da mənimdi».

Araz Elsəsdən digər sitatlar:

- Təbrizin qoxusunu hələlik burdan alırıq.

- Gənclərin əksəriyyəti qurtuluş və azadlıq istəyirlər.

- Mən heç bir təşkilatın, partiyanın üzvü deyiləm. Mən milliyyətçiyəm.

- Yorulmaq lazım deyil. Yoluna davam etsən istədiyini tapacaqsan.

- Məni anam vətəndaş doğub. Kağız üstündə yazılanlar boş şeydi.

- Biz artıq yola çıxmışıq. Bu, qurtuluş yoludur. Mən türkəm, türklüyümə sahib çıxacam.

- Azərbaycanın bayrağı mənim ürəyimdə daim dalğalanır.

- Millət bir olunca istədiyin edər. Birliyimizə mane olanlar var.

ƏTRAFLI DİNLƏYİN




MÜSAHİBƏNİN MƏTNİNİ BURADA OXU
XS
SM
MD
LG