Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:55

«Müxalifətə metro çıxışları sərfəlidir»


«Bəzən deyirlər ki, hansısa yer şəhərdən və ya onların yerləşdiyi məkandan 2 kilometr uzaqdır. Bəs necə olur ki, onlar kütləvi aksiya elan edəndə ora Qazaxdan öz nümayəndələrini də gətirirlər? Necə olur 2 kilometr uzaq olur, ancaq 400 kilometr uzaq olmur?»

Bunu YAP icra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov müxalifətin ayrılmış yerlərdən imtina etməsini iki səbəblə izah edib. Onun fikrincə, birinci səbəb ondan ibarətdir ki, əslində müxalifət kütləvi aksiyalarla heç də tərəfdarları ilə görüşmək məqsədi güdmür. Məqsəd ölkədə gərginlik yaratmaq və beynəlxalq təşkilatları nümayiş etdirməkdir ki, Azərbaycanda kütləvi aksiyalara yerlər ayrılmır.

Onun göstərdiyi ikinci səbəb isə odur ki, müxalifət sosial dayaqlarının yetirincə olmadığını dərk edir:

«Odur ki, şəhərin elə bir yerində kütləvi aksiya keçirmək istəyirlər ki, oralar həmişə insanlarla dolu olur».

Əli Əhmədovun fikrincə, əgər müxalifət kütləvi aksiyalar keçirmək istəyində səmimi olsa, onlara ayrılan yerlərdən tamamilə istifadə edə bilərlər.

YAP yetkilisi hesab edir ki, müxalifət üçün sərfəli yerlər yalnız metro stansiyalarının giriş və çıxışlarıdır.

O deyir ki, halbuki hakimiyyət orqanları kütləvi aksiyaların keçirilməsi üçün uyğun yerlər ayırıb və hakim Yeni Azərbaycan partiyası da seçki kampaniyaları müddətində kütləvi aksiyalar keçirmək istəyərkən ayrılmış yerlərdən istifadə edir:

«Sizə səmimiyyətlə deyirəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalar üçün ayırdığı yerlər məqsədlərinə tamamilə uyğundur. Bu yerlərdə kütləvi aksiyalar keçirmək tamamilə mümkündür».
XS
SM
MD
LG