Dağlıq Qarabağda mayın 23-də keçirdiyi seçkini tanınmayan respublikanın rəhbərliyi baş tutmuş sayır.
Seçkidə 4 partiya mübarizə aparıb.
Namizədlərin əksəriyyəti Dağlıq Qarabağın müstəqilliyini müdafiə edir.
Seçki komissiyasının sədri bildirib ki, hələ nəticələr bəlli deyil.
Dağlıq Qarabağda keçirilən seçkini beynəlxalq qurumlar tanımır.
Avropa Birliyinin Xarici Əlaqələr üzrə yüksək səlahiyyətli nümayəndəsi Ketrin Eştonun mayın 23-də yaydığı bəyanatda bu seçkinin qanunsuz olduğu və parlament seçkisini tanınmayacağı bildirilir.
Ketrin Eşton tərəfləri Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində göstərilən səyləri ikiqat artırmağa çağırıb.
Rəsmi Bakı bundan əvvəl Azərbaycanın işğal edilmiş ərazilərində belə bir seçkinin beynəlxalq hüquq normaları, münaqişənin həlliylə bağlı BMT-nin qətnamələri və ATƏT-in prinsiplərinə zidd olduğunu bəyan edib.
Dağlıq Qarabağın Azərbaycan icması da yaydığı bəyanatda bildirir ki, bu seçki Azərbaycan Respublikasının Konstitusiyasını, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozur və Dağlıq Qarabağın azərbaycanlı icması üzvlərinin seçki hüquqlarını nəzərə almır.