Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:23

«Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı» kitabı təqdim olunub


Mayın 26-da vəkil Aslan İsmayılov «Sumqayıt – SSRİ-nin süqutunun başlanğıcı» kitabının və Sumgayit1988.com saytının təqdimatını keçirib.

Aslan İsmayılov bildirib ki, 1988-ci ilin Sumqayıt hadisələri ilə bağlı Azərbaycan SSR Ali Məhkəməsinin 1989-cu ildə Bakıda keçirilmiş iclasında dövlət ittihamını müdafiə edən prokuror olub və sonralar Sumqayıt hadisələri barədə gördükləri-eşitdikləri haqqında kitab yazmaq qərarına gəlib:

«Amma uzun müddət bu ideyanı özümə çox da yaxın buraxmamışam. Ona görə ki, əvvəla, hər iki xalqın köhnə yaralarını təzələmək istəməmişəm, ikincisi də hesab etmişəm ki, bu, daha çox tarixçilərin işidir. Ancaq ötən illərdə baş verənləri bir daha götür-qoy edəndən sonra əvvəlki mövqeyimə yenidən nəzər salmalı oldum. Saysız-hesabsız erməni siyasətçiləri, peşəkar və həvəskar publisistlər, ermənilərə lobbiçilik edənlər Azərbaycana və azərbaycanlılara maraq göstərən hər kəsi vahiməyə salmaq üçün Sumqayıt hadisələrini qorxunc bir vasitəyə çevirmişdilər».

Aslan İsmayılov deyir, istintaq materiallarıyla tanışlığı onda bu qənaəti yaradıb ki, hadisələr SSRİ MTN-i tərəfindən ssenariləşdirilib və həyata keçirilib.

1988-ci ildə Sumqayıtın milli zəmində igtişaşlar baş vermişdi.
XS
SM
MD
LG