Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:04

Kemal Kılıçdaroğlu var-dövlətini elan edib


Kemal Kılıçdaroğlu
Kemal Kılıçdaroğlu
Mayın 22-də Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyət Xalq Partiyasına sədr seçilən Kemal Kılıçdaroğlunun bu günkü məzənnə ilə 4400 ABŞ dolları alacağı və 22000 ABŞ dolları borcu varmış. Bu barədə partiyanın rəsmi internet saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, Kılıçdaroğlunun borcu Yapı və Kredit bankınadır. Bu borcun məbləği 2009-cu ildə 57000 ABŞ dolları olub. Amma partiya sədri seçilənə qədər millət vəkili olan Kılıçdaroğlu son bir ildə borcunun xeyli hissəsini ödəyib.

Amma Kemal Kılıçdaroğlunun özününü verdiyi siyahı ilə sahib olduqları ilə onun borc içində üzən kasıb biri olduğunu demək olmaz.

Rəsmi internet saytında yayılmış məlumata əsasən onun var-dövlətinin siyahısı ilə "KORRUPSİOMETR" saytında tanış olun.
XS
SM
MD
LG