«Sel və daşqınların vurduğu ziyanın aradan qaldırılması, ümumiyyətlə, təbii fəlakətə hazır olmaq üçün 2 milyard manat dəyərində dövlət proqramı hazırlanmalıdır».
Bunu Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov jurnalistlərə açıqlamasında deyib. Millət vəkili deyib ki, bu qədər vəsait Azərbaycanın ayrı-ayrı yerlərində baş verən bütün növ təbii fəlakətlərin vurduğu ziyanın aradan qaldırılmasına xərclənməlidir.
«Bu vəsaitin necə xərclənməsinə Hesablama Palatası nəzarət etməlidir», - deyə Vahid Əhmədov bildirib.
Millət vəkili deyib ki, indiyə qədər bu istiqamətdə ayrılan vəsait də həmin dövlət proqramının bir hissəsi hesab olunmalıdır.
Prezident İlham Əliyev mayın 19-da daşqınlarla bağlı hökumət komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncamda yaşayış yerini itirmiş ailələrə zəruri köməklik göstərilməsi, mənəvi-psixoloji sarsıntıya məruz qalan insanlara yardım edilməsi, uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısının hazırlanması, əhaliyə dəyən maddi ziyanın həcminin qiymətləndirilməsi, kompensasiyaların məbləğinin müəyyən edilməsi və onların ödənilməsi ilə əlaqədar hökumət komissiyasına tapşırıqlar verilib.
Sərəncamda subasma nəticəsində Azərbaycanın 40 rayonunda çoxsaylı evlərin, əkin sahələrinin su altında qaldığı bildirilir.