Avropa Məhkəməsinə müraciət edənlər sevinə bilər: indi şikayətlərinə qısa müddət ərzində baxılacaq.
Buna səbəb İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına (AİHK) əlavə 14 nömrəli Protokolun iyunun 1-də qüvvəyə minməsidir.
Protokolun qüvvəyə minməsi, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) daha da səmərəli işləməsinə və onun Avropada insan hüquqlarının qorunması sahəsindəki fəaliyyətini təkmilləşdirməyə imkan yaradacaq çox mühüm bir mərhələdir.
Bunu Avropa Şurasının (AŞ) baş katibi Torbyörn Yaqland və AİHM-in sədri Jan-Pol Kosta dünən verdikləri birgə bəyanatda səsləndiriblər.
Bəyanatda qeyd olunur ki, son illər ərzində Strasburq məhkəməsi çox böyük bir şikayət axını ilə üzləşib və qurum şikayətlərin tez bir zamanda və effektiv şəkildə baxılması məsələsində əziyyət çəkir.
ŞİKAYƏTLƏR 119 300-A ÇATIB
«Belə ki, məhkəmənin yalnız 2009-cu ilə olan hesabatına görə, AİHM-də qərar çıxarılması gözlənilən işlərin sayı da 119 300-ə çatmaqla, 2008-ci ilə nisbətən 23% artıb. Avropa Məhkəməsinə gələn şikayətlərin sayının hər il çoxalması tendensiyasına əlavə olaraq, öncəki illər ərzində yığılan şikayətlərin baxılması problemi də həll edilməmiş qalır.
2009-cu ildə məhkəməyə ümumilikdə 57 100 şikayət daxil olunub. Bu da 2008-ci ilə nisbətdə 15% artım deməkdir. Bundan başqa, qəbul olunmayan şikayətlər, eləcə də işin şikayətlər siyahısından çıxarılması haqda 33 065 qərar qəbul olunub ki, bu da 2008-ci illə müqayisədə 10 000 iş artıqdır. Bununla belə xatırlamaq yerinə düşər ki, məhkəmənin büdcəsi təqribən dəyişməz qalır və hələ də artırılmır. İllik büdcəsi təqribən 210 milyon avro olan Avropa Şurası ən önəmli qurumu hesab edilən AİHM üçün ildə təxminən 56,62 milyon avro vəsait xərcləyir.
Belə bir vəziyyətdən çıxmaq üçün 2004-cü ilin mayın 13-də Strasburqda Avropa Şurası AIHK-na əlavə Protokol 14-ü qəbul edib, onun üzv ölkələr tərəfindən imzalanması və ratifikasiyası üçün açıq elan etmişdi.
RUSİYA DAŞI ƏTƏYİNDƏN TÖKDÜ!
Protokolun qüvvəyə minməsi üçün sənəd bütün 47 üzv ölkə tərəfindən ratifikasiya olunmalı idi.
Lakin bu vaxta kimi yalnız Rusiya bunu etməkdən boyun qaçırırdı. Rusiyada bəzi rəsmi şəxslər bunu ölkə vətəndaşlarının Rusiyaya qarşı göndərdiyi şikayətlərin artması təhlükəsi ilə izah edirdilər».
Birgə bəyanatda qeyd olunur ki, AŞ ilə Rusiya arasındakı altı illik qızğın müzakirələrdən sonra, Rusiya nəhayət bu Protokolu ratifikasiya etmək qərarına gəldi və Rusiya bu ilin fevral ayında İsveçrədə AİHM-nin islahatlarına yönəlmiş İterlaken konfransı çərçivəsində 14-cü Protokolun ratifikasiyasına dair ratifikasiya alətini Avropa Şurasının baş katibi Tyoborn Yaqlanda təhvil verdi:
«Prosedura görə, sənəd son ölkə tərəfindən ratifikasiya edildikdən üç ay sonra qüvvəyə minir. AİHM-nin bu gündən etibarən 14-cü Protokolla işləməsi, qurum daxilində bir çox prosedura dəyişikliklər nəzərdə tutur.
HAKİMLƏR 1 DƏFƏ, 9 İLLİYƏ SEÇİLƏCƏK
Belə ki, bu sənədə uyğun olaraq, Avropa məhkəməsi hakimlərinin vəzifə səlahiyyətləri artıq 6 il deyil, 9 il müddətinə olacaq və onlar bu vəzifəyə yalnız bir dəfə seçilə biləcəklər.
Həmçinin bu protokola əsasən, qəbuledilməz şikayətlər artıq bir hakim tərəfindən rədd edilə biləcək. Əvvəllər isə bu yalnız 3 hakimdən ibarət komitə tərəfindən həyata keçirilirdi.
3 hakimdən ibarət komitənin səlahiyyətləri, hansısa şikayəti qəbul edilə bilən elan edə biləcək və məhkəmənin müəyyən edilmiş presedent hüququnun təşəkkül tapdığı hallarda yaxşı əsaslandırılmış və təkrarlanan işlər üzrə və mahiyyəti üzrə qərar çıxara biləcək şəkildə genişləndiriləcək.
Bu işlərə yeddi hakimdən ibarət palatalar tərəfindən baxılırdı. Bundan əlavə, AŞ-nın İnsan hüquqları üzrə komissarı yazılı şəkildə öz fikirlərini bildirmək və üçüncü tərəf kimi məhkəmə dinləmələrində iştirak etmək imkanına malik olacaq.
Məhkəməyə isə öz növbəsində cavabdeh ölkədə istintaq araşdırması aparmaq hüququ veriləcək.
Bu kimi addımlar ciddi prosedura dəyişikliklərinə ehtiyacı olan Avropa Məhkəməsinin işinin köklü surətdə dəyişdirilməsinə və bunun nəticəsində də qurumun işinin yüngülləşdirilməsinə imkan yarada biləcək.
Bundan başqa Avropa İttifaqının (Aİ) AİHK-na qoşulmasının siyasi vacibliyinə dair ümumi konsensus mövcuddur və 14-cü Protokolun qüvvəyə minməsi Aİ-nın AİHK-na qoşulması mümkünlüyünü təmin edir. Eyni zamanda, 2009-cu ilin dekabr ayının 1-dən etibarən qüvvəyə minmiş «Lissabon razılaşması» özü də Aİ-nın AİHK-na üzv olmasını mümkün edən müddəanı özündə əks etdirir».