«2010-cu ildə 52 milyon ton neft, 30 milyard kub metr qaz hasilatı gözlənilir».
Bu fikirləri iyunun 1-də 17-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində çıxışı zamanı prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın qaz ehtiyatı daxili tələbatdan 3 dəfə çoxdur. Ona görə ixrac üçün yeni bazarlara ehtiyac var, ya da mövcud bazarları genişləndirmək lazımdır.
Prezident qeyd edib ki, Azərbaycan müxtəlif istiqamətlərdə enerji diversifikasiyasını tam təmin edir. Bunun üçün ölkənin 4 neft, 3 qaz kəməri mövcuddur.
İlham Əliyev onu da bildirib ki, 1995-ci ildən indiyədək Azərbaycan iqtisadiyyatına 82 milyard dollar sərmayə qoyulub. Bu vəsaitin 50 faizi neft, 50 faizi isə qeyri neft sektoruna yatırılıb ki, bu da Azərbaycan iqtisadiyyatının çox şaxəli olmasının göstəricisidir.
Dövlət başçısı Azərbaycan iqtisadiyyatının hazırda neftdən tam asılı olmadığını da əlavə edib.