Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:01

İsrail-Türkiyə çəkişməsi Qərb mediasında


İsrail xüsusi təyinatlıları Qəzzaya yardım aparan gəmini tutublar, 31 may 2010
İsrail xüsusi təyinatlıları Qəzzaya yardım aparan gəmini tutublar, 31 may 2010
Mayın 31-də İsrailin Qəzzaya gedən yardım gəmisinə hücumu və orada doqquz nəfərin həlak olması ilə yaranan vəziyyət dünyanın nüfuzlu media orqanlarının gündəliyindən düşmür. Qərb qəzetlərinin bir neçəsinin yazdıqlarını təqdim edirik:


«The Washington Post»
Hökumətlər səhv edə bilərlər. Amma onlar ağıllı olsalar, səhvlərindən öyrənə də bilərlər. Əgər İsrail hökuməti də ağıllı olsa, özünün yardım gəmisinə hücumu ilə yaranan qalmaqaldan istifadə edib Qəzzaya və regiona dair siyasətinə yenidən baxa bilər.
İsrailin son vaxtlar apardığı inadcıl əməliyyatları kimi bu axırıncı əməliyyatı da özünə qarşı yönəlir. Bunun niyə belə olduğu sualına cavab tapıb ondan öyrənmək yalnız faydalı olardı.


«The New York Times»

İsrailin bu hadisədə davranışına heç bir şeylə haqq qazandırmaq mümkün deyil. Türkiyə bayrağı altında üzən gəmiyə xüsusi təyinatlıları çıxarıb doqquz fəalı qətlə yetirmək özünə vurulmuş olduqca ağır bir yaradır.

İsrail bununla özünün müsəlman dünyasındakı yeganə müttəfiqi olan Türkiyə ilə əlaqələrini korlayır, Qəzzanın həmasın nəzarətində olan hökumətinə İsrailə qarşı təbliğat üçün əsaslar verir, Fələstinlə sülh danışıqlarını çətinləşdirir.

Bu hərəkət həm də Obama administrasiyasının nüvə proqramına görə İrana qarşı BMT Təhlükəsizlik Şurasının yeni sanskiyalarının qəbul edilməsinə maneə yaradır.

İndi həm İsrail, həm də ABŞ ciddi bir suala cavab tapmalıdır: Doğrudanda blokda işləyirmi? Bu, Həması zəiflədirmi, yoxsa həmin blokada Qəzzanın 1.4 milyonluq əhalisini Həmasa daha sıx bağlayır?

Bu baxımdan demək olar ki, həmin blokada ədalətsizdir və İsrailin uzunmüddətli təhlükəsizlik maraqlarına xidmət etmir.

İndi ABŞ BMT Təhlükəsizlik Şurasının o biri üzvlərinə - Britaniya, Fransa, Rusiya və Çinə qoşularaq İsraili Qəzzanının blokadasına son qoymağa çağırmalıdır. Bu, Fələstinlə İsrail arasında sülh danışıqlardında ABŞ-a etibar qazandırardı.


«International Herald Tribune»

Thomas L. Friedman məqaləsində qeyd edir ki, həm İsrail, həm də Türkiyə öz balansından çıxıb. İndi amerikalıların vəzifəsi onların hər ikisini təcili şəkildə mərkəzə qaytarmaqdır.

Türkiyə Qərblə Şərq arasında olduqca bənzərsiz bir rola malikdir. Əgər o, Şərqə daha çox yaxınlaşarsa, bəzi ərəb ölkələrinin küçələrində çox populyar olacaq. Amma özünün strateji əhəmiyyətini itirməyə başlayacaq. Ən əsası da müsəlman, həm də İsrail və ərəb dünyası ilə yaxşı əlaqələrə malik müasir, demokratik ölkə nümunəsi olmaq şansını itirəcək. Bu böhran başa çatan kimi mütləq mərkəzə dönmək lazım olacaq.

Eynilə də İsrail. Bu gəmi karvanının bir qurama olması üstündə heç bir sual yoxdur. İsrail kəşfiyyatı gəmidəkiləri qiymətləndirə, liderləri isə zorakı toqquşmadan qaçmaq üçün daha yaxşı yol tapa bilmədi.
XS
SM
MD
LG