Ünvanlı sosial yardımların verilməsinin monitorinqi ilə bağlı bir qrup qeyri-hökumət təşkilatı bugünlərdə Azərbaycanın 10 rayonunda apardığı sorğunun nəticələrini elan edib. Sorğuya cəlb edilmiş 1500 nəfərin 73 faizi ünvanlı sosial yardım almaqda əsas rolu korrupsiyanın oynadığını deyib.
Bir illiyə təyin edilən ünvanlı sosial yardımların üç-dörd, bəzən altı ayını məmurların mənimsəməsi barədə məlumatlar geniş yayılıb. Bundan başqa, monitorinq zamanı üzə çıxıb ki, bu sahədə korrupsiyanın qarşısının alınmasına hesablanmış kart sistemi də özünü doğrultmayıb. Sorğuda iştirak edən vətəndaşlar bildirblər ki, kartlar onlara pinkodları açılmış şəkildə verilib.
Mövzu haqqında daha ətraflı "KORRUPSİOMETR" saytında tanış olun.