Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:40

Qırğızıstanda ölənlər 79-a çatıb


Qırğızıstandakı müvəqqəti hökumət ölkənin cənubunda etnik zəmində baş verən toqquşmaların qarşısını almaq üçün ordu və polisə atəş açmaq səlahiyyəti verib.

Ötəri hökumətin rəhbəri Roza Otanbayeva həmçinin ehtiyatda olan hərbçilərin səfərbərliyini elan edib.

Qırğızıstan Səhiyyə Nazirliyinin məlumatına görə Oş və Calalabadda yerli qırğız və özbəklər arasında baş verən toqquşmalarda azı 79 adam ölüb, 1060 nəfər isə yaralanıb.

Məlumatlara görə etnik özbəklər ev-eşiklərini tərk edərək Özbəkistan sərhəddinə doğru çəkilirlər.

Human Rights Watch təşkilatı Oşda özbəklərin təqib edildiyini, onlara məxsus ev, mağaza və restoranların yandırıldığını xəbər verir.

Rusiya hərbi yardımla bağlı dünən Qırğızıstan hökumətinin müraciətini rədd edib.

Moskva bunun daxili münaiqişə olduğunu, amma hümanitar yardım göstərməyə hazır olduğunu bildirib.

ABŞ və Avropa Birliyi Qırğızıstanın cənubunda tezliklə vəziyyəti yoluna qoymağa çağırıblar.
XS
SM
MD
LG