Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:42

Qırğızıstanın cənubuna əlavə qüvvələr göndərilir


Qırğızıstandakı ötəri hökumət ölkənin cənubundakı Calal-Abad vilayətində axşam saat 18-dən səhər saat 6-dək komendant saatı tətbiq edib.

Hökumət ölkənin cənubunda baş verən qanlı toqquşmaların qarşısını almaq üçün bölgəyə əlavə qüvvələr göndərir.

Son məlumatlara görə Oş və Calalabadda yerli qırğız və özbəklər arasında baş verən toqquşmalarda azı 80 nəfər ölüb, 1000-dən çox adam isə yaralanıb.

Bu gün Oşda nisbi sakitlik olsa da Calal-Abadda və Bazar Kurqan kəndində atışma səsləri eşidilir.

Yerli özbək və qırğız icmalarının nümayəndələri bu gün Oşda toplantı keçiriblər.

Hər iki tərəfin ağsaqqalları gəncləri təxribatlara uymamağa çağırıblar.


XS
SM
MD
LG