Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:43

«..O vətənpərvər oğlana oxşamır»


Natiq Ədilov
«Gözləmədiyim halda məni söyüb, yumruqladı». «Azadlıq» qəzetinin müxbiri Natiq Ədilov «İşdən sonra»da belə deyib. Onun sözlərinə görə, dayanıb yarpaqla oynadığı zaman bir nəfər ona ağacı qırmamağı əmr edib. Jurnalist deyir ki, həmin şəxs ona qəfil yumruq, təpik vurub və onu söyüb. Bundan sonra Natiq Ədilov polisə müraciət etməli olub.

Natiqin onu döydüyünü deyən Yalçın Əzizov isə bildirib ki, jurnalisti tanımır. Sadəcə atasının əkdiyi ağacı cavan bir oğlanın yonduğunu görəndə ona bir vətəndaş kimi məsləhət görüb: «Mənim sözümə məhəl qoymadı, itələşdik bir-birimizlə».

Y.Əzizov deyir ki, Natiq Ədilovun onu söydüyünü, hədələdiyini və təhqir elədiyini görəndən sonra polisə müraciət
Yalçın Əzizov
edib:

«Necə jurnalist olduğunu deyə bilmərəm, amma o vətənpərvər oğlana oxşamır».

«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid Natiq Ədilovun üzləşdiyi insidentlə vaxtilə öz başına gələnlərin oxşar olduğunu bildirib:

«Ola bilsin bu bir sifarişdir».


/Hazırladı: Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

«Azadlıq» qəzetinin müxbiri hücuma məruz qalıb
XS
SM
MD
LG