Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:42

Braziliya elə Afrikada da Brazilyadır


Cot-d`İvuar üzərində 3-1 hesabı ilə qələbə qazanan Brazilya millisi dünya çempionatının növvbəti mərhələsində özünə yer təmin etdi.

Oyun çoxlu kobud epizodlarla yadda qaldı. Brazilyalı Elanonu meydandan xərəkdə çıxartdlar. Hakim 4 sarı vərəqə göstərdi. Kaka isə ikinci sarı vərəqə alıb meydanı tərk etməyə məcbur oldu.

Maraqsız başlayan oyun əvvəlcə tərəflərin tez-tez tol veridyi texniki səhvlərlə dolu idi. Bəzən inanmaq olmurdu ki, topu qəbul edərkən onu asanlıqla itirən oyunçular Brazilya yığmasının fitbolçularıdır.

Lakin tezliklə Brazilya sübut etdi ki, necə deyərlər Brazilya elə Afrikda da Brazilya olaraq qalır...

Oyunun 25-ci dəqiqəsində Kaka qısa ötürmə ilə Fabianonu qapıçı ilə təkbətək çıxartdı, sonuncu iti bucaq altında topu güllə sürətilə yaxın yuxarı küncə yönəltdi. Qapıçı heç reaksiya verməyə belə macal tapmadı.

İkinci qolun müəllifi də Fabiano olsa da bu dəfə o sırf fərdi ketfiyyətləri və hakimin diqqətsizliyi əsasında rəqib qapısına yol tapdı. Bir-birinin ardınca 3 oyunçunu keçən brazilyalı gözəl fəndlər işlədib qol vursa da, təkrar götüntülər onun iki dəfə əli ilə saxlamasını aydın göstərirdi. Halbuki ilk baxışdan onu fəndləri həqiqətən də əsl “samba” furboluna xas hərəkətlər kimi görünürdü.

Və nəhayət 3-cü qol da əsl Brazilya stilində vuruldu. Kaka sol cinahdan yüksək sürətlə rəqibini geridə qoydu, topu bir qədər geriyə 11 metrlik nöqtəyə tərəf ötürdü və məlum oldu ki, Elano məhz ora qaçırmış, topa çatıb onun qapıya yönəltdi. 3-0

Oyunun sonunda Cot-d`İvuarın məşhur hücumçusu Drogba başı ilə afrikalıların təsəlli topunu vurdu.
XS
SM
MD
LG