Bu gün Avropa Şurası Parlament Assambleyasının yay sessiyası açılır. Sessiyanın birinci günü Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski başçılıq etdiyi təşkilatın sessiyalararası fəaliyyətindən danışacaq.
İyunun 21-dən 25-dək davam edəcək yay sessiyasında “Şimali Qafqaz regionunda insan hüquqlarının pozulması”, “Avropada demokratiya: böhranlar və perspektivlər”, “Azərbaycanda demokratik təsisatların fəaliyyəti”, “İslam, islamizm və islamofobiya” və digər məsələlər müza kirə olunacaq.