Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:48

Son bir ayda İranda azı 45 azərbaycanlı fəal həbs olunub


Onların nə üçün tutulduqları isə məlum deyil
Onların nə üçün tutulduqları isə məlum deyil
Son günlər İranın müxtəlif şəhərlərində 3 azərbaycanlı jurnalist - İbrahim Rəşidi, Heydər Kərimi və Əkbər Azad həbs olunub.

Sərhədsiz Reportyorlar təşkilatı bildirir ki, jurnalistləri təhlükəsizlik nazirliyinin əməkdaşları həbs edib. Onların nə üçün tutulduqları isə məlum deyil.

«Ulduz», «Bulud» nəşriyyatlarının müdiri olmuş İbrahim Rəşidin qardaşı Calal Rəşid AzadlıqRadiosuna onun 8 gündür Ərdəbildə həbsdə olduğunu bildirib.

Əkbər Azad Azərbaycan dilli «Varlıq» jurnalı və gündəlik «Yarpaq» qəzetinin əməkdaşıdır.

Heydər Kərimi isə ötən ilin dekabrında İran rejimi tərəfindən bağlanmış «Sina» qəzetində işləyib.

Bu arada milli kimlik uğrunda mübarizlərdən olan tanınmış jurnalist Əlirza Sərrafini də iyunun 22-də ifadə vermək üçün Tehran məhkəməsinə çağırıblar.

Son bir ayda İranın 15 şəhərində ən azı 45 azərbaycanlı fəal həbs olunub.

Bu barədə İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü Yaşar Həkkəkpur məlumat verib. O, 17 nəfərin hələ də həbsdə olduğunu, 28-nin isə girov müqabilində azadlığa buraxıldığını bildirib.
XS
SM
MD
LG