Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:51

Böyük qayıdış başlandı


Özbəkitsandan Oşa qayıdan özbək qaçqınlar. 23 iyun 2010
Özbəkitsandan Oşa qayıdan özbək qaçqınlar. 23 iyun 2010
Qırğızıstan sərhəd xidmətinin rəis müavini Çolponbek Turusbekov jurnalistlərə deyib ki, axır iki gündə Özbəkistandan Qırğızıstana 56 min qaçqın qayıdıb.

Təxminlərə görə, iyunun 10-da Oş və Cəlalabadda özbək-qırğız davası başlayandan sonra Özbəkistana 100 minəcən özbək qaçqın keçmişdi.

Rəsmi məlumatlara görə, toqquşmalarda 251 nəfər ölüb. Amma müvəqqəti hökumətin başında duran Roza Otunbayeva güman edir ki, ölənlərin sayı 2000-ə yaxın ola bilər.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Özbəkistandakı sözçüsü Natalya Prokopçuk da deyib ki, Qırğızıstana qayıdan qaçqınların sayı çoxdur.

Röyters agentliyi xəbər verir ki, çadır düşərgələrində özbək əsgərlər səsucaldanla qadın və uşaqların adını çəkir və onlar əşyalarını da götürüb avtobuslara minirlər. Beləcə

AVTOBUS-AVTOBUS QAÇQIN SƏRHƏDƏ DOĞRU HƏRƏKƏT EDİR

40 yaşlı Cəmilə Haydarova özüçün 3 uşağı ilə Özbəkistandan Cəlalabaddakı evinə qayıdıb. O Azadlıq Radiosunun qırğız xidmətinə deyib.

“Indi biz Bazar Korqondakı evimizdəyik, yollar açıqdır və qonşularımız bizi görməyə çox şaddırlar. Onlar bizi gözləyirdilər. Biz – 78 nəfər eyni avtobusda qayıtmışıq. Bütün qohumlarımızla birlikdə təhlükəsiz şəkildə qayıtmışıq. Bizim evlərimiz dağıdılmayıb və hər şey yerindədir”.

Bazar Korqondakı evinə qayıdan başqa bir qaçqın deyib ki, onların məhləsinə sakinlərin 80 faizi qayıdıb, insanlar arasında ədavət yoxdur, onlara humanitar yardım – yağ, düyü, un paylanır.

Minura Vəliyeva adlı qadın isə deyir ki, onun qayıtmaqda olduğu Viksm kəndindəki evi yandırılıb.

"Biz yurdumuza ürəyimiz ağrı-acıyla dolu qayıdırıq. Qorxuruq ki, bütün bu hadisələr yenidən baş verə bilər. Allah heş kəsə bunu göstərməsin”.

Dünən Özbəkisandakı çadır düşərgəsinə səfər edən Qırğızıstanın Cəlalabad vilayətinin qubernatoru Bektur Asanov deyib ki,

EVLƏRİ DAĞIDILANLARA KOMPENSASİYA VERİLƏCƏK

“Mən bir qubernator kimi söz verirəm. Heç bir provakativ bəyanatlara inanmayın. Kompensasiyadan əlavə Cəlalabadda 500 tona yaxın ərzağımız var və onu yurd-yuvasına qayıdanlara paylayırıq. Evi yandırılanlara çadırlar veririk, gələn həftədən isə onlar tikinti materalı və pul alacaqlar”.

Amma Qırğızıstanın büdcəsi boşalan hökuməti üçün bərpa işlərinə pul tapmaq asan olmayacaq.

Humanitar yardım təşkilatları deyir ki, Özbəkistana pənah aparan 100 min şəxsdən başqa ölkənin içində başqa bölgələrə üz tutmuş 300 minəcən məcburi köçkün də var.

Evlərinə qayıtmış qaçqınlar
Etnik qarşıdurma humanitar yardımın paylanmasını çətinləşdirir. ATƏT Avropa Birliyinin xarici işlər nazirləri ilə danışıqlar aparır ki, gərginliyin davam etdiyi bölgələrdə beynəlxalq polis qüvvələri yerləşdirilsin.

Bəziləri isə ehtiyar edir ki, iyunun 27-ə təyin edilmiş referendum yenidən gərginliyi artıra bilər.

Referenduma çıxarılan paketdə Qırğızıstanın Konstitusiyasını dəyişmək, prezidentin səlahiyyətlərini azaldıb, ölkənin parlament respublikasına çevirmək təklif edilir. ATƏT təmsilçiləri də daxil olmaqla Qırğızıstandakı referendumu 100-cən beynəlxalq müşahidəçi izləyəcək.

Bir çoxları düşünür ki, təhlükəsizliyin tam təmin edilməməsi ucbatından Oşdakı insanların çoxu çətin ki səs verməyə gedə...
XS
SM
MD
LG