Bu gecə yuxuda səni gördüm... Sakitcə durmuşdun, harasa kənara, sanki qeybə baxırdın.
Həmişəki kimi cəsur, inadcıl baxışlarla. Külək nazik saçlarını üzünün önündə dalğalandırırdı.
Əynində boz rəngdə gödəkcə var idi. Əllərini gödəkcənin cibinə qoymuşdun, baxırdın...
Mən də sənə baxırdım, içim fərah hissi ilə dolurdu. "Bu duruşuna heykəl qoysam belə azdır" –deyə fikirləşirdim. Səni necə sevdiyimi fikirləşirdim...
Birdən o gəldi! Hər tərəfi qaranlıq bürüdü... Səni, küləkdə dalğalanan saçlarını, hər şeyi, hər yeri əlimdən aldı... Və dedi ki:
"Sən onu niyə sevirsən? Gözəlliyinə görəmi? Xənçər kimi kəskin baxışlarına görəmi? Gülüşünə, danışığına, davranışlarına, xasiyyətinə görəmi? Onunla vaxt keçirmək sənə həzz verdiyinə görəmi?
Bəs sevgilinin ruhu bədənindən elə bu an çıxsa, bilirsənmi nə olacaq?
O duruşu ki var idi, onu bir də görməyəcəksən. Çünki o bir daha ayağa qalxa bilməyəcək.
Gözlərini açıb iti baxışları ilə bir daha sənə baxa bilməyəcək. Səninlə danışa bilməyəcək, səni necə sevdiyini bir daha deyə bilməyəcək...
Təsəvvür edirsən, ona bir daha zəng edə bilməyəcəksən, onunla bir daha görüşə bilməyəcəksən...
Əvvəl həkimlər onun öldüyünü təsdiq edəcəklər. Sonra ailəsi aparıb torpağa tapşıracaq.
Sən də ən çoxu onu çiynində daşıyacaqsan, ruhu çıxmış bədəninin üstünə bir qədər torpaq tökəcəksən ağlaya ağlaya, bədənin sümüklərinə qədər sızıldaya-sızıldaya... Sonra qəbrin üstünü örtəcəklər, başdaşını qoyacaqlar.
Bundan sonra ayaq üstə duran, küləkli havada qeybə baxan onun başdaşı olacaq... Sevgilinin bədəni isə torpağın altında uzanacaq. Ürəyi daha döyünməyəcək, damarlarında qan daha axmayacaq.
Əvəzində qan damarlarında yığılıb çürüyəcək, dərisi qara-bənövşəyi ləkələrlə örtüləcək.
Gözlərinin içi ağaracaq. Bədəni gölməçəyə düşmüş qar dənəsi kimi boşalmağa, dağılmağa, torpağa qarışmağa başlayacaq...
Sonra gözlə görunə bilməyəcək qədər kiçik, aciz canlılar bədəni yeməyə başlayacaqlar. Daxili orqanları bir-bir məhv edəcəklər – bağırsaq, mədə, qara ciyər, ağ ciyər... Məhv etdikcə özləri çoxalacaqlar.
Və daha sürətlə məhv edəcəklər... Sonra dəriyə çatacaqlar. Çoxdan solmuş, üstü ləkəli dərini qarış-qarış çürüdəcəklər. Bir vaxt tutduğun əlini də çürüdəcələr...
Öpdüyün yanağını, dodağını da çürüdəcəklər... O isti, yumşaq dəridən qalan ancaq qara, üfunətli, iyrənc tullantılar olacaq.
Sən onu unutmağa başlayanda torpağın altında qalan ancaq sümüklər olacaq, bir də sümüyün üstündə qalmış yapışqan bədən qalıqları.
Bir də saçları. Ancaq saçları indiki kimi parlaq, gözəl olmayacaq, cansız olacaq, hətta rəngini də itirəcək...
Sonra da zamanla torpağa qarışıb gedəcək. Gölməçəyə qarışıb gedən qar dənəsi kimi.
Deməli sənin sevgin də torpağa qarışıb gedəcək. Artıq nə sevdiyin gülüş qalacaq, nə söhbətlər, nə xasiyyət.
Gözlə görünməyə aciz həşəratlara belə tab gətirə bilməyəcək. Uğrunda yaşadığın, həyatını həsr etdiyin sevgin, sevgilin.” – dedi.
Eşitdiklərim hələ də qulağımda cingildəyir... Bəlkə o düz deyirdi...? Bəlkə sevgimiz həqiqətən bu qədər acizdir?
Yox, bu sevgi deyil. Sevgi bu ola bilməz.
Deməli mən səni sevmirmişəm. Sən də məni...