Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov «Mediaforum» saytının suallarını cavablandırıb. Müsahibədən hissələri təqdim edirik.
- ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel bir müddət əvvəl bildirmişdi ki, Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda aksiyaların keçirilməsi üçün ayrılacaq yeni yerlərin siyahısını hazırlayıb. Lakin meriya rəsmiləri bunu təkzib etdilər. Müxalifət isə hesab edir ki, indi ayrılan yerlər aksiyaların keçirilməsi üçün əlverişli deyil. Azərbaycan hakimiyyəti yeni yerlərin ayrılması məsələsinə baxırmı?
- Hər dəfə olduğu kimi, bu seçkidə də aksiyaların keçirilməsi üçün yerlər ayrılacaq və onların siyahısı mətbuatda dərc olunacaq. Azərbaycanın bütün rayonlarında, yaşayış məntəqələrində lazımı şərait yaradılacaq. Hakimiyyət nümayəndələri, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bunu dəfələrlə bəyan edib. Hesab edirəm ki, hələlik tezdir. Seçkiqabağı görüşlər ərəfəsində bu siyahı qəzetlərdə dərc olunacaq.
Müxalifətin sərbəst toplaşmaq azadlığı ilə bağlı fikirlərinə gəlincə, onların arasında ziddiyyətli və subyektiv yanaşmalar çoxdur. Konkret bilsəydim ki, hansı partiya necə mövqe bildirib, ona şərh verərdim.
- Əsas narazılıq yaradan məqam şəhərin mərkəzində aksiyalara icazə verilməməsi ilə bağlıdır. Şəhərin mərkəzində aksiyalara icazə verilə bilərmi?
- Bu məsələ hər bir şəhər, rayon və qəsəbədə fərdi həll olunur. Elə yer var ki, orada şəhərin mərkəzində aksiyalara şərait yaradıla bilər. Nəqliyyatın sıx, insanların gur olduğu yerlərdə aksiyalara yer ayırmaq mümkün deyil. İndiyə qədər harada aksiyalar keçirmək mümkündürsə, orada şərait yaradılıb. Bundan sonra da belə olacaq.
«AZƏRBAYCANDA REKLAM BAZARI QEYRİ-NORMALDIR»
- Jurnalistlər, xüsusən də qəzetlərin baş redaktorları reklam qıtlığından şikayətlənirlər. Müxalifət qəzetləri iddia edirlər ki, tirajları kifayət qədər yüksək olsa da, şirkətlər, özəl qurumlar hakimiyyətdən çəkindiklərinə görə onlara reklam vermir. Eyni zamanda, onlar hökumət qurumlarının elanlarının yalnız bir neçə dövlət qəzetinə və hakimiyyətyönlü qəzetlərə verilməsindən narazılıq edirlər. Müxalifət qəzetlərinə reklam verilməməsində hökumətin hansısa bir rolu varmı? Hökumət qurumlarının verdiyi elanların qəzetlər arasında ədalətli bölünməsi mexanizmi yaradıla bilərmi?
- Azərbaycan hakimiyyəti heç bir KİV-ə hansısa şirkətin reklam verməsini qadağan etməyib. Belə bir prosedur olmayıb və yoxdur. Ümummilli liderimiz Heydər Əliyevin zamanından başlayaraq Azərbaycan hökuməti indiyə qədər mətbuatla bağlı atdığı addımlarda istisnasız olaraq bütün mətbuat orqanlarını o sıraya daxil edib. Məsələn, KİV-lərin «Azərbaycan» nəşriyyatına olan borclarının dondurulması və sonradan ləğv olunması prosesinə baxın. Onda «Azadlıq», «Yeni Müsavat» və digər müxalifət qəzetlərinin də borcları məgər silinmədimi? Bütün mətbuat orqanlarının «Azərbaycan» nəşriyaytına olan borcları silindi.
Sonrakı dövrdə bir neçə dəfə prezident Azərbaycan mətbuatına birdəfəlik yardımlar göstərdi. Bu da istisnasız olaraq bütün iqtidar-müxalifət mətbuatına, yəni fərq qoyulmadan hamıya şamil edildi. Yəqin ki, bu il də 135 illik yubileylə bağlı birdəfəlik yardım olacaq. Yenə də istisnasız olaraq iqtidar-müxalifət mətbuatına prezident tərəfindən birdəfəlik yardım göstərilməsi planlaşdırılır. İndi baxın, prezident tərəfindən birdəfəlik yardım verilərkən heç bir ayrı-seçkilik edilmirsə, onda hansı qadağadan danışmaq olar? Belə olan halda hansı əsasla söyləmək olar ki, iqtidara görə müxalifət qəzetlərinə reklam vermirlər?
Burada yeganə istisna Mətbuat Şurasının reket elan elədiyi qəzetlərdir. Mətbuat Şurası, jurnalist ictimaiyyəti onları reket hesab etdiyi kimi, biz də onlara yardım göstərə bilmərik. Hesab edirəm ki, şirkətlər prezidentin yardım göstərdiyi qəzetlərə reklam verməkdən çəkinməməlidir. Sadəcə, Azərbaycanda reklam bazarı qeyri-normaldır. Mətbuat bu qeyri-normal vəziyyəti qeyd etməli və onun üzərinə getməlidir. Mətbuat bunu müzakirə etməlidir ki, nəyə görə Azərbaycan kimi iqtisadi cəhətdən dinamik inkişaf edən bir ölkədə reklam bazarı, xüsusən də çap mediasının reklam bazarı bu qədər kasaddır? Bunun səbəblərini araşdırıb ortaya qoymaq lazımdır. Dövlət bu sahədə bir iş görə bilərsə, biz bunu mətbuatla müzakirə etməyə hazırıq.