ABŞ Dövlət Katibi Hillari Klinton iyulun ilk günlərində Azərbaycana gələcək. Dövlət Departamentinin iyunun 25-də verdiyi məlumata görə Klinton iyulun 2-də Şərqi Avropa və Qafqaz ölkələrinə səfər edəcək. Onun Ukrayna, Polşa, Azərbaycan, Ermənistan və Gürcüstanda dövlət rəsmiləri ilə görüşləri olacaq.
Dövlət Katibinin Azərbaycana səfərinin konkret tarixi haqqında məlumat verilmir. Rəsmi məlumatda qeyd edilir ki, o, rəsmilər və ictimai sektorun liderləri ilə görüşərək ikitərəfli əlaqələrin genişləndirilməsi, regional sabitlik və sülh yollarını müzakirə edəcək.