Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:02

«Rusiyanın imperiya maraqları da elə demokratiya maraqları kimidir»


Belarusdan daha çox pul istəyən Moskva indi özü tranzitə görə borclu durumda qalıb
Belarusdan daha çox pul istəyən Moskva indi özü tranzitə görə borclu durumda qalıb
Rusiyanın imperiya maraqları da elə demokratiya maraqları kimidir, gözdən pərdə asmaq üçün. Əslində isə Rusiya iqtidarı nə bu, nə digər istiqamətdə iddialarını gerçəkləşdirə biləcək gücə, imkanlara və qətiyyətə sahib deyil.

«Economist» jurnalının Belarus, Qırğızıstan və Rusiya arasındakı münasibətlərlə bağlı son yazısında belə deyilir. Jurnal yazır ki, Belarusla Rusiyanın qaz borcu üzündən son qarşıdurması təsadüfi deyil. Belarusu və digər post-sovet ölkələrini hələ də öz təbəəsi kimi görməyə öyrəşən Moskvanın oxu növbəti dəfə daşa dəyib.

Qaz borcuna görə Belarusdan daha çox pul istəyən Moskva indi özü tranzitə görə borclu durumda qalıb. Bu mübahisənin səbəbi isə Belarusun Rusiya neftini ucuz qiymətə almaq istəməsi, Rusiyanın isə Gömrük İttifaqı qurduğu Belarus və Qazaxıstana ancaq özünə sərf edən şərtləri qəbul etdirmək istəyidir. Nəticədə Moskva Minsklə mübahisədən çox şey qazanmadı, Lukaşenkonu bir qədər də Avropameylli düşünməyə vadar elədi və özünün yaratdığı Gömrük İttifaqının necə boş bir qurum olduğunu nümayiş etdirdi.

RUSİYANIN ÖZÜNDƏ ORTA ASİYALILARA QARŞI MÜNASİBƏT O QƏDƏR PİSDİR Kİ…

«Economist» digər ölkə - Qırğızıstanla bağlı da Moskvanın imperiya iddialarının ardınca gedə bilmədiyini yazır. Jurnal yazır ki, heç kimə sirr deyil ki,
Heç kimə sirr deyil ki, Bakiyevi Moskva devirib
Qırğızıstan prezidenti Bakiyevi həm ABŞ, həm də Rusiyaya oynadığı üçün Moskva onu devirib. Çünki Bakiyev ötən il Rusiyadan 2 milyard dollar kredit almaq müqabilində amerikalıları Manasdan çıxarmağa razılaşmışdı. Krediti alandan sonra isə amerikalılardan daha artıq icarə haqqı alıb, müqaviləni uzatdı. Nəticəsi isə məlumdur. Bakiyev indi Moskvayla arası pozulan Belarusa qaçıb.

Amma «Economist» bildirir ki, Qırğızıstandakı son toqquşmaların, özbək-qırğız qırğınının qarşısını almaq üçün elə Moskvanın gətirdiyi hakimiyyət Rusiyadan, MDB-nin yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından sülhməramlılarını göndərməyi istəyəndə, onlar yardım etmədilər. Çünki bu təşkilat ancaq kağız üzərində nəyəsə yarayır. Yeganə hərbi qüvvəsi olan üzv elə Rusiyadır. Rusiyanın ordusu isə başıpozuq çağırışçılardan və təcrübəsiz zabitlərdən ibarətdir. Üstəlik, Rusiyanın özündə orta asiyalılara qarşı münasibət o qədər pisdir ki, rus əsgərinin Orta Asiyada aqibətinin elə Əfqanıstandakı kimi olması ehtimalı böyükdür.

«Economist»in fikrincə, Moskva düşünəndən sonra əlinə düşən imperiya ambisiyalarını möhkəmlətmək imkanından imtina eləməli oldu. Çünki əslində istər Belarus, istər Qırğızıstan misalında da məlum oldu ki, Rusiyanın bu iddiaları dəstəkləməyə imkanı və qətiyyəti yoxdur.
XS
SM
MD
LG