Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:38

İran səfirliyi qarşısında aksiya keçirilib


İyunun 29-da bir qrup fəal İranın Bakıdakı səfirliyi qarşısında aksiya keçirməyə cəhd edib.

Güney Azərbaycanın Milli Oyanış hərəkatı, Güney Azərbaycan Demokratik partiyası və «Dalğa» Gənclər Hərəkatı son vaxtlar İranda azərbaycanlı fəalların həbsinə səhnələşdirilmiş etiraz aksiyası keçirmək istəyib. Polis aksiyanı dağıdıb, 14 nəfər saxlanaraq Səbayel rayonunun 8-ci polis bölməsinə aparılıb.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının Azərbaycandakı təmsilçisi Ağrı Qaradağlı aksiyanı baş tutmuş hesab edir.

«Biz İranda son zamanlar həbs olunan güney azərbaycanlıların azadlığını tələb edirdik. Əsas tələbimiz onlara təzyiqlərin qarşısının almaq və öz etirazımızı İran səfirliyinə bildirmək idi. Səfirliyin qarşısında basqılar olsa da, biz bir qədər çox olduğumuza görə, hər halda aksiya alındı».
XS
SM
MD
LG