Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:58

Azərbaycan niyə hələ də Avropa Şurasının üzvüdür?


Azərbaycan indi 47 üzvü olan Avropa Şurasına 2001-ci ildə qoşulub
Azərbaycan indi 47 üzvü olan Avropa Şurasına 2001-ci ildə qoşulub
Jurnalistin sadəcə öz işini gördüyünə görə həbsxanaya salınması və orada ölməsini eşitmək həmişə insanda dəhşət doğurur.

ÜÇÜ BİRİNDƏ...

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin bu həftə yayılmış hesabatında məhz belə bir hadisəyə görə dövlət tənqid olunur. 60 yaşlı bir redaktor qapalı keçirilmiş məhkəmə prosesinin ardınca 10 azadlıqdan məhrum edilib. Ona qarşı irəli sürülmüş ittihamları Jurnalistləri Müdafiə Komitəsi saxta adlandırıb. Həmin jurnalist keçən il həbsxanada ölüb. Onun ölümü ilə bağlı müstəqil araşdırma aparılmayıb.

Mart ayında isə elə həmin ölkədə məhkəmə iki gənc bloqqeri hökuməti məsxərəyə qoyan videogörüntü hazırladığına görə həbs elədi. Onlar hərəsi 2 il yarım və 2 il azadlıqdan məhrum edildi.

Yenə həmin ölkədə jurnalist həbs olunub cəza aldı, sonradan ona heroinə görə başqa bir ittiham da irəli sürüldü.

AVROPA ÖLKƏSİ OLASAN, MEDİANI BELƏ QORXUDASAN?

Müstəqil medianı qorxutmaq üçün bu cür üsullardan istifadə etmək qəbul edilməzdir. Özü də belə üsullara Avropa ölkəsinin əl atması başa düşülən deyil. Çünki Avropa Şurasının bütün regional əməkdaşlığın kökündə məhz insan hüquqlarının müdafiəsinin minimum standartlarını təmin etmək, qanunun aliliyini, demokratiyanı təmin etmək dayanır.

Azərbaycan indi 47 üzvü olan Avropa Şurasına 2001-ci ildə qoşulub.

Hökumət adətən bildirir ki, medianın iqtisadi vəziyyəti kifayət qədər yaxşı deyil. Ona görə də jurnalistlərin peşəkarlığı da aşağıdır
Avropa Şurasının insan haqları üzrə komissarının bu hesabatı iki mühüm sual doğur.

AZƏRBAYCAN NİYƏ DƏYİŞMƏYİB? DƏYİŞMƏYİBSƏ, NİYƏ HƏLƏ DƏ AVROPA ŞURASININ ÜZVÜDÜR?


Nə üçün Azərbaycanın bu Avropa klubuna qəbul olunması onun jurnalistlərlə rəftarına ciddi təsir göstərə bilməyib?

Yaxud Azərbaycan jurnalistlərlə hələ də bu cür rəftar edirsə, niyə o hələ də bu Avropa qurumunun üzvüdür?

Birinci suala cavab vermək asandır. Hökumət adətən bildirir ki, medianın iqtisadi vəziyyəti kifayət qədər yaxşı deyil. Ona görə də jurnalistlərin peşəkarlığı da aşağıdır. Diffamasiyanın cinayət hesab edilməməsi bu sahədə mövcud problemləri aradan qaldırmayıb, əksinə, vəziyyəti daha da pisləşdirəcək. Bu cavab «həmişə dissidentlərə qarşı dözümlü olmaq lazımdır» tələbinə diktatorların ənənəvi cavabıdır.

İndi nəyisə dəyişdirməyə istək bu ölkədə çox azdır. Bu da ikinci suala aparıb çıxarır. Əgər hökumət nəyisə dəyişməkdən imtina edirsə, nəyə görə o hələ də Avropa Şurasının üzvü olmaqda qalır? O təşkilatın ki, onun yeganə məqsədi insan hüquqlarının qorunmasını təmin etmək və insan hüquqları pozulduqda hökumətləri buna görə cavabdeh kimi tanımaqdır...

«MƏN BİLMİRƏM ÜZVLƏRİ TƏŞKİLATDAN ÇIXARMA PROSESİNƏ NECƏ BAŞLAYAQ...»


Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland
Müəllif yazır ki, mən bu barədə Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlanddan soruşdum. O dedi: «Bu faktdır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Mən bilmirəm, üzvləri təşkilatdan çıxarmaq prosesinə biz necə başlaya bilərik. Məsələ ondadır ki, biz Azərbaycandakı hadisələrə təsir edə bilərik, ya yox. Əgər edə biləriksə, onda Azərbaycanın Avropa Şurasında yeri var».

Müəllif yazır ki, müəyyən mənada baş katib haqlıdır. Əgər Azərbaycan Avropa Şurasının üzvü olmasaydı, indi insan haqları üzrə komissar da Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı belə hesabatla çıxış edə bilməzdi. Ancaq jurnalistlər həbsxanada çürüyür. Həmin jurnalistlər üçün Avropa Şurasının narahatlıq ifadə etmək qabiliyyəti çox az təsəllidir.

TƏZYİQ TƏSİR EDƏNDƏ FAYDALIDIR


Ölkəyə xarici təzyiq yalnız müəyyən təsirə malik olduqda faydalıdır. Yaxud beynəlxalq məhkəmələrin, məsələn, Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayev haqqında qərarı həqiqətən yerinə yetirilsə.

Ancaq bunun baş verəcəyi görünmür.

Tərcümə etdi: Kəbiran Dilavərli
XS
SM
MD
LG