Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:26

Emin Millinin azadlıqda qalma müddəti uzadıldı


Emin Milli
Emin Milli
Bloqçu Emin Milli həbsxanaya iyulun 2-də yox, gələn həftənin bazar ertəsi, iyulun 5-də qayıdacaq. Bu barədə AzadlıqRadiosuna onun vəkili İsaxan Aşurov məlumat verib.

Emin Milli atasının vəfatı ilə bağlı iyunun 29-da cəzaçəkmə müəssisəsindən üç günlük evə buraxılıb.

Bundan əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmət İdarəsi bloqçunun 3 günlük buraxıldığını bildirmişdi.

Emin Millinin atası Paşa Abdullayev iyunun 29-da 75 yaşında vəfat edib. O, Neftçala rayonunun Oryat kəndində dəfn olunub.

Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulub. O, qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə təqsirli bilinib və 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hazırda Salyandakı Xələc təcridxanasında cəza çəkir.

ABŞ-ın Dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri zamanı həbsdə olan bloqçuların azadlığa buraxılması məsələsinin rəsmi Bakı qarşısında qaldırılması gözlənilir.

Bir çox müşahidəçilər Emin Millinin həbsxanaya qayıtma tarixinin dəyişdirilməsini Klintonun səfəri ilə bağlayırlar.

Hillari Klinton iyulun 4-də Bakıya yarım günlük səfər edəcək.
XS
SM
MD
LG