Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:20

İnternet düşməni Türkiyə


Türkiyədə 5000 vebsayt bağlıdır. Bu internet səhifələri hakim AK partiyanın 3 il əvvəl tətbiq etdiyi qanunla bağlanıb. Bunu ATƏT-in hesabatı deyir.

Türkiyədə 2008-ci ildən YouTube da qadağandır. Bütün bu problemlər isə Google ilə bağlı saytlara məhdudiyyətlərin genişlənməsi ilə gündəliyə gəlib.

Türkiyə Avropa Birliyinə üzv olma danışıqlarına başlayandan 5 il sonra Türkiyəni Avropada internetin düşməni, internet senzoru kimi qavramağa başlayıblar.

Türkiyəni artıq Çin və İran kimi ölkələrlə müqayisə edirlər. Bunları isə Avropa parlamentinin deputatı, britaniyalı Riçard Houit deyir.

TÜRKİYƏNİN ARQUMENTLƏRİ

Türkiyə hakimiyyəti bildirir ki, bir qrup yunan millətçisi Atatürklə bağlı təhqiredici videonu YouTube-a yerləşdirəndən sonra YouTube qadağan olunub.

Türkiyədə İnternet işlərinə nəqliyyat naziri Binaili Yıldırım baxır. O deyir:

«Google-un Türkiyə hökumətinə 20 milyon dollar vergi borcu var. Google-un olan YouTube isə Türkiyə Respublikası ilə davaya çıxıb».

Ancaq təhlilçilər pulun bəhanə olduğunu deyirlər. İstanbulun Bilgi Universitetinin media araşdırmaları professoru Haluk Şahin hesab edir ki, «senzuranın bir əsas səbəbi mentalitetdir. Bu ölkədə uzun illər informasiyanın sərbəst axmasından, əks-informasiyaya imkan verilməsindən çox, informasiyanın dayandırılması hakim yer tutub».

Türkiyədə İnternet qadağası 2007-ci ildə qəbul olunan qanundan gəlir
QANUNLAR...


Türkiyədə İnternet qadağası 2007-ci ildə qəbul olunan qanundan gəlir. Qanun intihar, qumar, pornoqrafiya kimi işlərin təbliği ilə mübarizə üçündür. Bu qanun həmçinin anti-terror qanunlarını pozanları və Atatürkü təhqir edənləri cəzalandırır.
Qanun Telekommunikasiya Şurasına imkan verir ki, məhkəməyə getmədən bu növ saytları bağlasın.

Türkiyənin Mülki Məcəlləsinin bir maddəsi də var. O maddə ilə haqlarının pozulduğunu deyən vətəndaşın tələbi ilə sayt bağlana bilər.

2008-ci ildə İstanbul məhkəməsi məhz bu maddəni əsas gətirib, bioloq və ateist Riçard Doukinsin saytını bağladı.

Dünyanın yaradıldığına inanan islam alimi Adnan Oktar məhkəməyə müraciət etmişdi ki, Doukinsin saytı dini təhqir edir.

Avropa Parlamentinin britaniyalı üzvü Riçard Houit Türkiyədə internet senzurası ilə bağlı vəziyyəti təcili düzəltməyə çağırır:

«Bütün bu baş verənlərdə ədalət prinsipi pozulur. Türkiyəni sevənlər və onu Avropa Birliyinin üzvü görmək istəyənlər başa düşməlidirlər ki, internetə belə münasibət Türkiyəni ğözdən salır. Avropa Birliyinin YouTube qadağanı ilə bağlı səbri tükənməkdədir».

Professor Şahin isə hesab edir ki, Türkiyənin özündə ictimaiyyət və siyasi müxalifət tələb etməlidir ki, İnternetə azadlıq versinlər.
XS
SM
MD
LG