Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:33

Talibançıların hücumu nəticəsində 5 nəfər həlak olub


Əfqanıstanın şimalındakı Qunduz əyalətində yaşayış kompleksinə edilən hücum nəticəsində 5 nəfər həlak olub. Həmin kompleksdə müxtəlif ölkələri təmsil edən, humanitar fəaliyyət proqramlarının həyata keçirilməsi ilə məşğul olan mülki mütəxəssislər işləyirmiş.

Qunduz əyalətinin qubernatoru Məhəmməd Ömərin verdiyi məlumata görə, ölənlər Britaniya, Almaniya və Filippin vətəndaşlarıdır, iki nəfər isə əfqan polisləridir.

Hücum nəticəsində 20 adam yaralanıb.

Hadisəyə görə məsuliyyəti talibançılar üstlərinə götürüblər.

XS
SM
MD
LG