Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 12:47

«…Saçını daramaq üçün güzgüyə yox, ayağının altındakı mərmərə baxasan…»


Arzu Soltan və İntiqam Soltan
Arzu Soltan və İntiqam Soltan
«Allah məni uşaqları anlamamaqdan qorusun». Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına Bakı Uşaq Teatrının bədii rəhbəri və direktoru İntiqam Soltan söylədi.

QAYĞI UŞAQ TEATRINDAN BAŞLASIN


AzadlıqRadiosunun «Yeriniz-yurdunuz indi necədir» sualını gülüşlə qarşılayan İntiqam Soltan teatrların hamısına diqqət və qayğı başlandığını nəzərə çatdırdı. «Çox istərdim ki, bu qayğı uşaq teatrından başlanaydı. Məntiqlə belə də olmalıdır. Amma düşünürəm ki, yuxarıdan başlanıbsa, gəlib bizə də çatacaq», –deyə əlavə etdi.

ƏN ƏSASI, UŞAQLARA XƏYANƏT ETMƏMƏKDİR!

Onun fikrincə, ən dəhşətlisi odur ki, gözəl binan olsun, saçını daramaq üçün güzgüyə yox, ayağının altındakı mərmərə baxasan, tamaşa salonuna keçəndə isə 15 dəqiqədən sonra heç kimi tapmayasan. «Ola bilər köhnə binada olasan, amma ən əsası odur ki, uşaqlara xəyanət etməyəsən».

DƏNİZKƏNARI PARKDA AT TÖVLƏSİNİ TEATR ETDİK

Verilişin digər qonağı Arzu Soltan teatrın direktorunun harda olmasından asılı olmayaraq orda işləmək üçün şərait yaratdığını vurğuladı. «Dənizkənarı Parkdakı bina vaxtilə Uşaq Teatrına veriləndə, bərbad halda idi, atlar saxlanılırdı. Bütün bunlara baxmayaraq, orda öz gücümüzə müəyyən təmir apardıq, iş şəraiti yaratdıq».

İntiqam Soltan oradan onları çıxartdıqlarını söylədi. «Sonuncu gün oynadığımız iki tamaşaya kassadan 578 bilet satılmışdı. Bu, Azərbaycan teatr tarixinə, yazmasalar da, yazılmalı bir şeydir».

KÜÇƏDƏ TAMAŞA OYNAYACAĞIQ!

İndi qərarlaşdıqları H. Sarabski adına Mədəniyyət Evinin Nəsimi rayonunun ərazisində olduğundan, bu rayonun Polis İdarəsi ilə danışıqlar apardığını, bu məsələ ilə bağlı ilkin razılığın alındığını bildirdi. «Növbəti mövsümdə Bakının küçələrində tamaşa oynamaq istəyirik. Müəyyən ərazidə hansısa aktual mövzunu qoyub onu tamaşa halında təqdim edəcəyik. O. Henrinin «Allahın bəlası--qızıldərili» tamaşasında uşaq bazarda oğurlanırsa, biz niyə onu bazarda oğurlamayaq?».

30 NAĞILIN YAZILIŞINA BAŞLAMIŞIQ

Artıq müqavilə bağladıqlarını, 5 nağılın isə yazıldığını söyləyən İntiqam bəy Azərbaycan nağıllarını audio-tamaşa formatına Arzu xanımın saldığını, özünün isə rejissorluq etdiyini bildirdi.

HƏBSXANALARDA TAMAŞALAR OYNAYIRIQ


Arzu xanım uşaqlar üçün, yeniyetmələr üçün, hətta həbsxanalarda məhbuslar üçün tamaşalar göstərdiklərini dedi. «Gördüyün işin kimə ünvanlandığı və necə təsir etdiyini planlaşdırmaq çox önəmlidir. Layihədən asılı olaraq kontingentimiz də dəyişir».

--İntiqam Soltan niyə son zamanlar çoxsaylı tamaşaçıya üz tutmaq zamanı keçib--fikrinə gəldiyini dedi?
--Əlil uşaqlardan ibarət studiya necə yarandı?
--Uşaqlarımız hansı tamaşaları xoşlayırlar?
--Azərbaycan ata-anası uşağının ancaq mədəsiylə maraqlanır--deyən qonaqlarımız haqlıdırlarmı?
--Qonaqların fikrincə, uşaqlarımız dünyadakı yaşıdlarından nədə geridə qalır?
--Və nəhayət, Uşaq Teatrının direktoru M.Ə.Rəsulzadənin obrazını bir filmdə necə yaratdı?

«Can Bakı»nı dinləyin.

XS
SM
MD
LG