Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:41

Kamikadzenin hədəfi futbol azarkeşləri oldu


 Partlayış restoran və reqbi klubunda baş verib
Partlayış restoran və reqbi klubunda baş verib
Ötən bazar Somali islamçıları olmaqda şübhəli bilinən iki kamikadzenin Uqandanın paytaxtı Kampalada bomba partlatmaları azı 64 nəfərin həyatına son qoydu.

Partlayış restoran və reqbi klubunda baş verib. Hər iki məkan futbol üzrə dünya çempionatının final oyununu – İspaniya-Hollandiya qarşılaşmasını izləyən azarkeşlərlə doluymuş.

Uqanda rəsmiləri partlayışlarda «əl-Qaidə» ilə əlaqəsi olan «əl-Şabab» qrupunu şübhəli sayırlar.

HADİSƏDƏN ƏVVƏL UQANDA HƏDƏLƏNİRDİ


64 nəfərin ölməsi artıq təsdiqlənib - onlardan 15-i restoranda, 49-u isə reqbi klubundakı partlayışın qurbanlarıdır.

Birinci kamikadze «Ethiopian Village» restoranında partlayıcı qurğunu işə salan zaman futbol azarkeşi Cuma Seyko restoranın terrasında oturubmuş:

«Biz burda oturub futbola baxırdıq. Təxminən oyunun bitməsinə 3 dəqiqə qalmış partlayış baş verdi, səs-küy qopdu. Daha sonra ikinci partlayış oldu və 50-yə yaxın adam öldü».

Yaralananlar xəstəxanada, 11 iyul 2010
«Əl-Şabab» döyüşçüləri Qərbyönümlü hökuməti dəstəkləmək üçün Somaliyə sülhməramlı qüvvələr göndərdiyinə görə Uqandaya hücum edəcəkləri ilə hədələyirdilər.

«BU, İNDİYƏDƏK EŞİTDİYİM ƏN YAXŞI XƏBƏRDİR»

Somalinin paytaxtı Moqadişoda «əl-Şabab»ın komandiri Şeyx Yusuf İssa baş verənləri alqışlayıb. O, Uqandanı «əsas imansız ölkə» adlandırıb və bu ölkəni İslama qarşı olmaqda ittiham edib. Terror hadisəsini isə «bu vaxtadək eşitdiyi ən yaxşı xəbər» kimi təsvir edib.

«Əl-Şabab» Somalidə hökuməti dəstəkləmək üçün yerləşdirilmiş 6000-lik Afrika İttifaqı ordusuna qarşı cihad elan edib.

Ölənlərin arasında azı bir amerikalı da var.

ABŞ Dövlət katibi Hillari Klinton partlayışları kəskin pisləyib. Ağ Evin sözçüsü Tommi Vitor deyib ki, ABŞ Uqanda hökumətinə yardım etməyə hazırdır.
XS
SM
MD
LG