Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:33

«ABŞ Azərbaycanla strateji tərəfdaş ölkədir»


ABŞ müdafiə katibi müavininin köməkçisi Seleste A.Uollander
ABŞ müdafiə katibi müavininin köməkçisi Seleste A.Uollander
ABŞ müdafiə katibi müavininin köməkçisi Seleste A.Uollander iyulun 12-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovla görüşü zamanı belə deyib.

Xanim Uollander bildirib ki, Dağlıq Qarabağ məsələsinin həllinin Azərbaycan üçün önəmi onlara məlumdur. O, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun, ədalətli həlli üçün ABŞ-ın öz səylərini əsirgəməyəcəyini bildirib.

Öz növbəsində Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycanla ABŞ arasında münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu yaxınlarda ABŞ dövlət katibi Hillari Klintonun və müdafiə naziri Robert Geytsin Azərbaycana səfərlərinin əhəmiyyətini vurğulayıb.

Z. Əsgərov bildirib ki, Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək iqtidarında olsa da, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, ədalətli həllinə tərəfdardır.

Görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əməkdaşlıq, iqtisadi əlaqələrin inkişafı, terrorizmlə mübarizə və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Danışıqlarda Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev də iştirak edib.

Xəbəri Milli Məclisin mətbuat xidməti yayıb.
XS
SM
MD
LG