Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:20

İsa Qəmbər: «Bir də deyirəm ki, namizədliyimi verməyəcəm»


Müsavat başqanı İsa Qəmbər
Müsavat başqanı İsa Qəmbər
Müsavat Partiyasının başqanı İsa Qəmbərin AzadlıqRadiosuna müsahibəsi

«NAMİZƏDLİYİMİ VERMƏYƏCƏM»

- İsa bəy, iki partiyanın birləşməsiylə bağlı təklifi AXCP sədri Əli Kərimli «parlaq ideya»adlandırıb. Amma bəzi ekspertlərə görə, ideya parlaq olsa da, çətin baş tuta, ilk növbədə də sədrlərin ambisiyalarını önə çəkirlər…

- Mənim təklifim Rəsulzadə-Elçibəy yolunda olan, Xalq Cəbhəsi, Müsavat ideyasını qəbul edən qüvvələrədir. Təklif etdim k, bir araya gəlib, bir partiayda birləşməyi nəzərdən keçirsinlər. Buna əlavə şərait yaradan amil kimi yada saldım ki, Müsavat qurultayında rəhbərliyə namizədliyimi verməyəcəm. Bu da yeni imkanlar yaradır. Bu bəyanatımdan sonra da ekspertlər mənim siyasi ambisiyalarım haqda danışırlarsa, mən təəccüb edirəm. İstənilən halda mən təklifimi vermişəm. Məncə, siyasi qüvvələr dünşünüb bu imkanı dəyərləndirməlidirlər.

- Müzakirələrə başlamısınızmı?
Azərbaycanda çox güclü müxalifət var. Ondan qorxuduğu üçün də hakimiyyət gündən-gündən azadlıqları, seçki imkanlarını məhdudlaşdırır


- Bugünkü müzakirələr daha çox cari məsələlərlə bağlıdır. Parlament seçkilərinə çox az müddət qalır. Biz xeyli vaxt itirmişik. Amam yeni imkan yaranır ki, seçkilərə birgə getməyi nəzərdən keçirək.

«BİRLƏŞMƏ ELEKTORATIN TOPARLANMASINA, BƏZİLƏRİNİN SIRADAN ÇIXMASINA İMKAN YARADAR»

- Sizcə, indiki dövrdə birləşməni zəruri edən nədir? Belə bir fikir var ki, son illərin prosesləri hər iki partiyanın imkanlarını tükədib, sosial dayaqlaırını zəiflədib, o üzdən birləşsələr bəlkə də güclü görünərlər. Siz birləşməni niyə zəruri sayırsız?

- Mən müxalifətəi zəif saymıram. Azərbaycanda çox güclü müxalifət var.Ondan qorxuduğu üçün də hakimiyyət gündən-gündən azadlıqları, seçki imkanlarını məhdudlaşdırır. Avtoritar rejim siyasi proseslərin normal getməsinə, siyasi qüvvələrin öz gcünü ortaya qoymasına imkan vermir. Belə situasiyada həqiqi müxalifətin, həqiqətən Rəsulzadə-Elçibəy ideyalarına sadiq qüvvələrin meydana gəlməsi yeni situasyia yarada bilər. Ölkədəki hakimiyyətə etiraz elektoratının toparlanmasına imkan yaradar. Bundan başqa, hakimiyyətin ortaya atdığı «müxalifətçi» rolunda iştirak edən bəzi qüvvələrin manevr imkanları yetərincə daralar. Ya siyasi fəaliyyətlərinə son qoyarlar, ya da ifşa olunarlar. Tamamilə yeni situasyia yaranar.

«BUNU KİM BİLMƏSƏ DƏ, ƏLİ ƏHMƏDOV YAXŞI BİLİR»

- Bu təşəbbüsə YAP-dan ilkin reaksiya gəldi. Hakim partiyanın sədr müaivni Əli Əhmədov deyir ki, bu sifariş xaricdən gəlib. Eyni zamanda, onu da deyib ki, dəfələrlə belə birliklər yaransa da, iflasa uğrayıb.

- Mən cənab Əli Əhmədova məsləhət görərdim ki, bəyanatlarında, çıxışlarında məsuliyyətli olsunlar. Deyəsən, özləri xaricdən iadrə olunmağa, ümiumiyyətlə idarə olunmağa alışıblar. Ona görə də müstəqil qərar qəbul etmək əzmində olan siyasətçilərin mövcudluğuna şübhə yaradırlar. Bir yandan Azərbaycan demokratik qüvvələrinin xariclə əlaqələrinin zəifləməsi, onlara əhəmiyyət verirlməməsi haqda dezinformasiya yayırlar, bir yandan da bizə xaricdən sifariş gəlməsi haqda cəfəngiyyat söyləyirlər. Ayıbdır, bu söhbətləri yığışdırmaq lazımdır. O ki qaldı, birləşmələrin davamalılığına, nə zaman ki, müxalifət birləşib seçkilərdə iştirak edibsə qalib gəlib. Hətta birləşməyəndə də, müxalifətin öndə gedən qüvvəsi YAP-a qalib gəlib. Bunu kim bilməsə də, cənab Əhmədov yaxşı bilir.

ZİYALILAR DA GƏLƏCƏK?

- İsa bəy, siz yeni yaranacaq partiyaya başqa qüvvələrin də gəlişini gözləyirsizmi? Məsələn, bu yaxınlarda sayseçmə ziyalılar toplaşdılar və ölkədə baş verənlərlə bağlı narazılıqların ifadə etdilər. Bu cür kənarda qalan etiraz elektoratının da proseslərə cəlbini gözləiyrsihzmi?

- Gəlin dəqiqləşdirək. Bu mənim - İsa Qəmbərin siyasi qüvələrə təklifidir. Və təbii ki, burda iki partiyadan söhbət getmir. Müxtəlif partiyalar, eləcə də heç bir partiya üzvü olmayan qruplar da prosesə cəlb oluna bilərlər. Bu prosesdə səmimi şəkildə iştirak etmək istəyənlərin hamısı qüvvələrini ortaya qoya, öz haqlarını təmisl edə bilərlər. Bu proses getsə çox müsbət və önəmli nəticələrə gətirəcək qərarlar qəbul oluna bilər.

SƏDR KİM OLACAQ

- Və sonda sədrlik və ad məsələsi ilə bağlı təklif sahibi kimi hansısa fikirləriniz varmı?

- Siz deyəsən, bu mövzuda deyəcəklərimin hamısını bəri başdan yazmaq istəyirsiz. Qısaca onu deyim ki, mən namizədliyimi verməyəcəm. Belə bir şəraitdə birləşmə prosesində iştirak edəcək qüvvələr , müxtəlif siyasi liderlər öz təkliflərini ortaya qoya bilərlər. Burda öncədən sədr müəyyənləşdirilməsindən söhbət getmir. Rəsulzadə-Elçibəy yolunda olan qüvvələrin birgə qurultay keçirib yeni rəhbərliklərini müəyyənləşdirməsindən söhbət gedir.
XS
SM
MD
LG