Havaların isti və quraq keçməsi meşələrdə və dövlət meşə fonduna daxil olmayan yaşıllıq ərazilərdə yanğın təhlükəsini artırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir ki, iyulun 16-da Ləcət-Yalama avtomobil yolunun Yaqublu kəndi yaxınlığında kövşənə od vurulması nəticəsində yanğın hadisəsi baş verib. Şimal istiqamətindən əsən külək nəticəsində yanğın meşə fondu ərazisinə keçərək 4 sot ərazini əhatə edib.