Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:53

Cenevrədə Qarabağ məsələsi müzakirə olunur


Bu gün Cenevrədə parlament sədrlərinin III Ümumdünya Konfransında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

150 ölkənin iştirakı ilə keçiriləcək forumda Milli Məclisin sədri Oqtay Əsədovun məruzəsi olacaq.

Forum çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovla Ermənistan parlamentinin spikeri Ovik Abramyan arasında görüş də olub.

ANS-in məlumatına görə Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutan görüşdə ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi Madrid prinsipləri əsasında

Dağlıq Qarabağ münaqişəsinin həllində parlamentlərin rolu müzakirə edilib.

Cenevrə forumu iyulun 22-dək davam edəcək.


XS
SM
MD
LG