Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:48

«ATƏT-i 1992-də regiona Azərbaycan gətirib»


Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu
«ABŞ Ermənistandan Rusiya və digər dövlətlərin əleyhinə istifadə etməyə hazırlaşır. «Vaşinqton Post» «Yerevan Post»a çevrilib. Obama Administrasiyasının nəzarəti altında olan bu qəzet Azərbaycan əleyhinə qərəzli yazılar yazmaqla məşğuldur».

İyulun 21-də Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu bunu deyib.

O, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesi ətrafında yaranmış vəziyyəti təhlil edib.

KLİNTON ƏN ÇOX YEREVANDA OLDU – 17 SAAT

Almatı görüşünün nəticəsiz başa çatdığını deyən politoloq bunu ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə əlaqələndirib:

«ATƏT-in Minsk qrupunun 18 illik fəaliyyəti sıfıra bərabərdir. ATƏT-i regiona 1992-ci ildə Azərbaycan gətirib. Həmin vaxt bu məsələ ilə bağlı Rusiya və Azərbaycan arasında gərginlik yaranmışdı. Amma aradan 18 il keçəndən sonra ATƏT bütün rıçarqları Rusiyaya verib regionu tərk edir.

Minsk qrupunun həmsədri olan iki dövlətin - ABŞ və Rusiyanın tutduğu mövqe Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə mane olur. ABŞ dövlət katibi xanım Klinton regiona səfəri zamanı 6 saat Gürcüstanda, 8 saat Azərbaycanda, 17 saat isə Ermənistanda oldu. Xanım Klinton Yerevanda olarkən bəyan etdi ki, Ermənistanın həm regionda, həm də regiondan kənarda cərəyan edən proseslərdə mühüm rolu var.

QAFQAZA SÜLHÜ
RUSİYA GƏTİRƏ BİLƏR

Barak Obama özünü ermənilərə borclu hesab edir. ABŞ-da hakimiyyət dəyişəndən sonra ermənilər həm Konqresdə, həm Dövlət Departamentində, həm də hakim partiyanın mərkəzi qərargahında vəzifə tutmağa başlayıblar».

Mübariz Əhmədoğlu Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının görüşünün təşkil edilməsinin vacibliyini bildirib:

«Yaxşı olar, bu təşəbbüslə Rusiya çıxış etsin. Hələ indiyədək heç bir dövlət Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarını bir araya gətirə bilməyib. Məncə, belə bir görüşün Rusiyanın Şimali Qafqaz vilayətində keçirilməsi çox əhəmiyyətli olardı. Qafqaz xalqlarının mentalitetində sülhün, barışın xüsusi yeri var. Rusiya belə bir təşəbbüslə çıxış etməklə Şimali Qafqaza sülh, əmin-amanlıq gətirə bilər»./Mediaforum/
XS
SM
MD
LG