Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:20

Qarabağ münaqişəsinin şahmat sədası


Dünya çempionatını təşkil edən Beynəlxalq Şahmat Federasiyası müxtəlif ziddiyətlərli dəf etməli olur. 2011-ci ilin yarışının cədvəli ilə heç də bütün iştirakçılar razılaşmır, Federasiyanın ünvanına səslənən tənqidlər səngimir.

2006-NIN MÜNAQİŞƏSİ 2011-DƏ TƏKRARLANA BİLƏR

Məsələn, çempionatda Bolqarıstanı təmsil edəcək Veselin Topalov elan edir ki, Rusiyada keçirilən heç bir oyunda iştirak etməyəcək. Səbəbi də odur ki, hələ 2006-cı ildə Rusiyada keçirilən oyunda Topalov rusiyalı Vladimir Kramnikə uduzandan sonra rəqibini dələduzluqda ittiham etdi. Topalov heç vaxt bu iddiasından əl çəkməyib, baxmayaraq ki, Şahmat Federasiyası buna görə ona töhmət də verib.

Kramnik özü də çempionatda iştirak edən oyunçulardan biridir və birinci turda olmasa da onların bir-birinə qarşı oynayacağı istisna deyil. Birinci turda Topalov Amerikadan olan Qata Kamski, Kramnik isə Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovla üzləşəcək.

LEVON ARONİAN AZƏRBAYCANA GƏLMƏSİN DEYƏ…


Beynəlxalq Şahmat Federasiyasına göndərdiyi məktubda Topalov xatırladır ki, hər hansı bir ölkədə oynamaq istəməyən oyunçuya güzəştin olması presedenti mövcuddur. Federasiya Azərbaycanda oynamalı olan namizədlərdən biri – Ermənistandan olan Levon Aronianı bu tələbdən xilas etmək üçün namizədləri Azərbaycan və başqa bir ölkə arasında bölüşdürmək qərarı verib.

DAHA BİR ŞİKAYƏT

Dünya birinciliyinin təşkilindən şikayət edın daha bir şahmatçı, İsraildən olan Emil Sutovskidir, o isə yarışların əsas formatından narazıdır.

Federasiyanın dünya çempionatını təşkil edən komitəsinin üzvü Sutovski deyir ki, cari plan əsasında nəzərdə tutulan oyunlar (ilkin iki tur üçün dörd oyun və finalda altı oyun) çox qısa olacaq. O iddia edir ki, vaxt qısa olduğundan rəqiblərin hazırlığına da imkan qalmayacaq.

Sutovskinin təklifinə görə, daha yaxşı olar ki, ilk iki tur altı oyundan, final isə səkkiz oyundan ibarət olsun. O həmçinin təklif edir ki, final ilə əvvəlki turlar arsında bir neçə ay fasilə olsun, onun fikrincə bu həm finalçıların oyuna hazırlaşması üçün daha çox vaxt imkanı yaradar, həm də çempionata marağı artırar – sponsorlar üçün kommersiya baxımından daha cəlbedici edər.
O bütün oyunçuları onun təkliflərini dəstəkləməyə çağırıb, bildirib ki, bəlkə belə olan halda federasiya da onları qəbul edər.

Bu ilk dəfə deyil ki, Dünya Şahmat Federasiyası dünya çempionatının təşkilinə görə tənqid olunur. Ötən il də hətta çempionat başlanandan sonra federasiya qaydalarında bəzi dəyişikliklər etməli olmuşdu.

Tərcümə edən: Ülkər Akifqızı
Mənbə: The New York Times
XS
SM
MD
LG