Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 02:56

BVF Ukraynaya 15 milyard dollar kredit verir


Beynəlxalq Valyuta Fondu (BVF) Ukraynaya 15 milyard dollar kredit ayıracaq.

Kredit ölkəni iqtisadi böhrandan çıxmasına yardım etmək məqsədi daşıyır.

BVF-nin bəyanatında qeyd olunur ki, 29 aylıq proqram çərçivəsində Kiyevə dərhal 1,9 milyard dollar pul ayrılacaq.

Fondun rəsmisi Con Lipski Ukraynaya kreditin verilməsini onun çətin iqtisadi durumda olması ilə əlaqələndirib.

Təşkilat bildirib ki, Ukraynanın bərpa planına görə, 2010-cu ildən fiskal islahatlara başlanacaq və növbəti iki ildə dərinləşərək, pensiya və vergi sistemində, dövlət idarəçiliyində ciddi islahatlarla müşahidə olunacaq.
XS
SM
MD
LG