Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:34

Gənc Tamaşaçılar Teatrında diktatura?


Gənc Tamaşaçılar Teatrının binası
Gənc Tamaşaçılar Teatrının binası
«Cənnət Səlimova deyir ki, mənim uşaqlarım ancaq baş rolları oynayacaqlar».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Gənc Tamaşaçılar teatrının rejissoru Nicat Kazımov deyib.

Onun sözlərinə görə teatrda narazılıqlar 3 teatrın - Gənc tamaşaçılar, Gənclər və Kamera teatrının birləşməsindən və Cənnət Səlimovanın bu tetra baş rejissor təyin olunmasından sonra başlayıb. Nicat Kazımov deyir ki, əvvəlcə Cənnət xanımın 4 tamaşası teatrın repertuarına salınsa da, sonradan demək olar ki, bütün repertuar onun diktəsi ilə qurulmağa başladı.

«Doğrudan da o bizə təyin olunanda mən düşünürdüm ki, mən Cənnət xanımdan çox şey öyrənəcəyəm. Hər halda yaşlı xanımdır. Neçə illərdir sənətdədir. Mən Gənc Tamaşaçılar Teatrını çox sevirəm. Bu il yeganə il oldu ki, mən teatrdan çıxmaq istəyirdim. Favoritizmə görə. Diktə edir. Bu mövsümdə götürülən əsərlərin hamısını Cənnət Səlimova özü seçib. Axı hər bir rejissorun seçim imkanı var».

TEATR AKTYOR VƏ REJİSSORLAR ÜÇÜN DEYİL, TAMAŞAÇILAR ÜÇÜNDÜR

Teatrın baş rejissoru Cənnət Səlimova isə deyib ki, Nicat Kazımovun dedikləri ağ yalandır.

«Mən bu tamaşaları açılışa qədər hazırlamalı idim. Bizim cəmi 4 ay vaxtımız qalmışdı. Vaxtın azlığına görə mən hazır tamaşaları Kamera teatrının uşaqları ilə səhnəyə qoydum. Nicat bunları yaxşı bilir. Əgər mən həmin tamaşaları başqa aktyorların ifası ilə səhnəyə qoysaydım, mənə ən azı yarım il vaxt lazım olacaqdı. Teatr aktyorlar və rejissorlar üçün deyil, tamaşaçılar üçündür. Tamaşaçılara isə fərqi yoxdur. Əsas odur ki, bu yaxşı və maraqlı olsun. Tamaşaçılar üçün fərqi yoxdur, Gənclər teatrıdır, yoxsa Kamera teatrıdır. Vacib olan o idi ki, açılışı edək. Və mən
Nicat Kazımov
bunu etdim».

TAMAŞALARA QARŞI AYRI-SEÇKİLİK


Nicat Kazımov isə sonrakı proseslərdə də Cənnət Səlimovanın ayrı-seçkiliyə yol verdiyini deyib.

«4 tamaşanı qoyduq kənara. Bəs o biri tamaşalar niyə yenidən repertuara salındı? Dedi ki, filan-filan tamaşalar oynanılacaq».

QƏRARI MƏN VERİRƏM


Cənnət Səlimova isə bu suala obrazlı şəkildə cavab verərək teatrı bir gəmiyə özünü isə kapitana bənzədib.

«Mən məsləhətləşə bilərəm. Ancaq qərarı tək mən qəbul edirəm. Mən hamını dinləyirəm, ancaq qərarı özüm verirəm. Bu konsert sifarişi deyil axı. Mən bunu arzu edirəm, onu arzu edirəm. Teatrın təyin olunmuş kursu var. Bu kursla biz gedirik. Belə danışanlar isə bu kursu qəbul etməyənlərdir».

Yazar Qan Turalı isə teatr polemikalarının bu səviyyəyə enməsinə narazılığını ifadə edib.

«Teatr polemikaları bu müstəvidə, məişət müstəvisində olmamalıdır».

XS
SM
MD
LG