Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:36

«Hər şeyi dövlətin üstünə yıxmaq olmaz»


Həmidə Ömərova
«Mənim üçün milli kino tarixi orada milli kadrlar çalışdıqdan sonra başlayır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında kinoaktrisa, kinotarixçi Həmidə Ömərova deyib. Kinonun tarixindən danışan aktrisa Azərbaycan kinosunun bugünkü problemlərindən də söz açıb.

«Azərbaycan kinosunun aktyor problemi var. İstedadlı aktyorlarımız var, çoxdur. İstənilən qədər demək istədim, ancaq get-gedə bunların sayı azalır. Azərbaycan kinosunun spesifik xüsusiyyəti var ki, başqa ölkələrdə bu, yoxdur. Kino qəhrəmanına mübasibət. Bu başlayır birinci maddi cəhətdən. Xarici ölkələri götürsək, orada aktyor maddi cəhətdən təmin olunur. O, bir filmdə baş rolu oynayırsa, bu, ona böyük bir təminat verir. Şkala ilə götürsək, xaricdə ən böyük məbləği birinci aktyor, sonra rejissor, prodüser alırsa, bu siyahı üzrə Azərbaycan kinosunda tam əksinədir. Ən axırda filmin qəhrəmanı məbləğ alır. Amma kino aktyorun simasına görə tanınır».

Rüfət Əsədov
Kinorejissor Rüfət Əsədov isə problemlərdən danışarkən kino üçün müstəqil maliyyə qurumlarının olmamasını önə çəkib:

«Hər şeyi dövlətin üstünə yıxmaq olmaz. Nə qədər ki, müstəqil studiyalar, müstəqil prodüser mərkəzləri yoxdur, əlbəttə bu problemlər olacaq. Bu, ən böyük şərtlərdən biridir. Şəxsi strukturlar, maliyyə mənbəyi olmasa, çox çətin inkişaf olacaq».

Kinorejissor Ayaz Salayev isə deyib ki, əsas odur ki, çəkilən film reallığı əks etdirsin.

«Yeni nəsil kinoya gəlir. Yeni nəslin nəfəsi son illər çəkilən kinolarda duyulur. Sadəcə mən ətrafımızda çox sürətlə dəyişən gerçəkliyə daha diqqətli olmağın tərəfdarıyam».

XS
SM
MD
LG