«Notariuslarda rüsum haqqından da artıq pul alınır». Bu şikayəti tez-tez eşitməli olduğumuzdan yolumuzu Bakının mərkəzində yerləşən 5 saylı Dövlət Notariusundan saldıq.
20-30 kv. metrlik qəbul zalında içəri girənləri sənədləri qəbul edən qızların oturduğu piştaxta qarşılayır. Sol tərəfdə divarda notarial qaydalarla bağlı dövlət rüsumu, notarial hərəkətlərlə bağlı əlavə xidmət haqlarının yazıldığı cədvəl, ərizə yazmaq üçün nümunələrin əks olunduğu tablo asılıb. Amma içəri girən hər kəs bu tabloya, cədvələ fikir vermir.
Elə həmsöhbət olduğum iş adamı Aydın Abdullayev də bu tabloya nəzər salmayıb. O, həyat yoldaşıyla bura gəlib ki, uşaqlarını sərhəddən çıxarmaq üçün etibarnaməni təsdiqlətsin.
- Nə qədər ödədiniz?
- 15 manat.
- Dövlət rüsumu bu qədərdir?
- Bilmirəm ki.
- Qəbz götürdünüz?
- Yox, qəbz vermədilər.
«BANK ÜÇÜN XİDMƏT HAQQI»
Aydın Abdullayev deyir ki, o, niyə 15 manat ödəməli olduğunu soruşmayıb.
Amma Vaqif Quliyev Nizami rayonunda yerləşən notarius kontorların birində məhkəməyə göndərəcəyi nümayəndəsinə etibarnamə alanda ondan əlavə xidmət haqqı üçün 10 manat tələbinə izahat istəyib. «Soruşdum ki, niyə əlavə xidmət haqqı verməliyəm, cavab verdilər ki, rüsumu gedib banka keçirəcəyik». – deyir. Vaqif Quliyevin sözlərinə görə, nümayəndəsi hay-küy salandan sonra məbləğ 8 manata enib.
ƏLAVƏ XİDMƏT HAQQI NƏDİR?
Hüquqşünas Müzəffər Baxışov deyir ki, əlavə xidmət haqqı ötən il Notariat haqqında qanuna edilən dəyişiklikdən sonra tətbiq olunmağa başlayıb və məbləğ rüsumun 15 faizini əhatə edir. Məsələn, müştəri etibarnamənin surətini də istəyirsə (qohumlar və ayrı-ayrı şəxslər arasında, o cümlədən müxtəlif notarial hərəkətlərə görə etibarnamənin rüsumu fərqlidir, amma ən uzağı bu qiymət 5 manatdır), əlavə xidmət haqqı kimi 45-70 qəpik arasında pul ödəməlidir, ancaq Müzəffər Baxışov da deyir ki, bir qayda olaraq, müştərilərdən daha artıq vəsait ödəməsi tələb olunur və çek də verilmir:
«5 manatlıq dövlət rüsumu olan etibarnamənin təsdiqi üçün 10 manat alırlar. Elə yer var bu 15, eləsi də var 20 manatdır. Notariat kontorunun yerləşmə yerindən asılıdır bu qiymət».
Müzəffər Baxışov deyir ki, əslində notariat kontorlarında bütün notarial hərəkətlərə əlavə xidmət haqqı tətbiq olunur, halbuki, bu haqq yalnız əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların və sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi ilə əlaqədar göstərilən xidmətə görə alınmalıdır:
«20 növə qədər notariat hərəkətləri var. Bunların bəzilərinə görə xidmət haqqı alınması nəzərdə tutulmur».
«QƏBZ VERİLMƏLİDİRMİ?»
Hüquqşünas onu da deyir ki, dövlət rüsumu kontorda ödənilərsə, onda müştəriyə qəbz verməlidirlər.
Bakıdakı 5 saylı dövlət notariat kontorunun böyük dövlət notariusu İlham Məmmədov deyir ki, onlar qəbz vermirlər, rüsumu ödəyən şəxs sənədə qol çəkir.
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin notarial idarəsinin rəisi Mehman Soltanov isə rüsumun 100 faizi həcmində əlavə xidmət haqqı alınmasıyla bağlı şikayətləri əsassız sayır və deyir ki, həm rüsumlarla, həm də əlavə xidmətlərlə bağlı cədvəllər kontorun ən görünən yerindən asılır.
«ONDA VƏTƏNDAŞ ÖZÜ ÖDƏSİN»
«Müştəriyə «əlavə xidmət haqqı»nı bank ödənişi üçün alırıq» deyilməsi nə dərəcədə düzgündür?
- Vətəndaşlar qəbz istəyirsə, onda rüsumu və əlavə xidmət haqqını banka özü ödəsin», - Mehman Soltanov deyir. Onun sözlərinə görə, qəbzini istəyənlər sonradan gəlib notariat kontorundan qəbz götürə bilərlər.
Hüquqşünas Müzəffər Baxışovun fikrincə, əlavə pul ödəmək istəməyən vətəndaş rüsumların və əlavə xidmət haqqının məbləği barədə məlumatlı olmalıdır və haqqını müdafiə etməyə çalışmalıdır.
Notarial hərəkətlərlə bağlı rüsumlar və əlavə xidmət haqlarıyla bağlı məlumatı həm də Ədliyyə Nazirliyinin saytından əldə etmək olar.