Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:37

«Hüquq müdafiəçilərinin özlərinin hüququ pozulur»


Novella Cəfəroğlu
«Biz müxalifətin son aksiyası günü Yaşar Əliyevlə danışmışdıq». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

Onun sözlərinə görə əvvəlki aksiyalardan fərqli olaraq bu aksiyanı canlı olaraq izləyə bilməsələr də, nəzarətdə saxlayıblar. Aksiya zamanı Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevlə əlaq yaratmağa da nail olublar.

«Yaşar Əliyev bizə dedi ki, Qobustana aparadıqlarımızı buraxacağıq, Amma bur neçə nəfəri həbs edəcəyik. Bizim söhbətimizdə belə oldu, o da bunu dedi bizə».

Sahib Məmmədov
Saxlanılanların işgəncələrə, təzyiqə məruz qalması ilə bağlı hüquq müdafiəçisi Sahib Məmmədov deyib ki, onların saxlama təcridxanalarına girmək üçün icazələri yoxdur:

«Bilmirəm saxlanılanların işgəncəyə məruz qalması ilə bağlı deyilənlər nə dərəcədədir, onu deyə bilmərik. Çünki gedib baxan, müşahidə edən yoxdur. Yeri gəlmişkən, o yerlərə hər hüquq müdafiəçisinin girmək imkanı yoxdur. Təəssüf ki seçilmiş bir neçə nəfər var ki onlar gedə bilər».

Sahib Məmmədov deyir ki, bəzən hüquq müdafiəçilərinin öz hüquqları da pozulur:

«Məsələ ondadır ki, məhkəmələrə də hüquq müdafiəçilərini buraxmırlar. Qapının ağzında polis durur. Baxmayaraq ki, bu proseslər açıq keçırılməlidir. Qayda-qanunu, prosessual normaları ciddi şəkildə pozurlar. Bu baxımdan ola bilsin ki, saxlanılanlar istəyərlər ki, zalda hüquq müdafiəçiləri otursun. Amma bilsinlər ki, bu hüquq müdafiəçiləri bir çox hallarda onlar kimi elə hüquqları pozulan insanlar olurlar».

XS
SM
MD
LG