Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:21

Yazıçını yarınmağa məcbur edən çörəkdimi?


«Yazıçı vicdanın yanında olmalıdır»
Gözlə

No media source currently available

0:00 0:02:39 0:00
Direct-ə keçid
Yazıçının ictimai mövqeyi olmalıdırmı? Azadlıq Radiosunun "İşdən sonra" verilişindəki diskussiyada gənc yazarlar Günel Mövlud, Aydın Xan Aqşin Yenisey iştirak edirlər.

EFİRƏ ZƏNG EDƏN DİNLƏYİCİ “ARANI QARIŞDIRDI”...

...Aydın Xan: Dinləyici bizi suçlayır ki, yazıçılar dövlətə yaltaqlanırlar.

Əgər cəmiyyət, millət, elə o dinləyicinin özü yazıçının kitabını almırsa, ziyalı öz əsəri – intellektual mülkiyyəti ilə özünü dolandıra bilmirsə, məcburdu ki, hansısa qüvvələrin – fərqi yoxdur, dövlət adamlarının, yaxud iş adamlarının qoltuğunun arasında sığınacaq tapsın.

Çünki ziyalı da insandı...

Günel Mövlud: Məcbur deyil Aydın! Mən səninlə razı deyiləm...

Azadlıq: Amma indi həkim işləyən yazıçı Rafiq Tağı deyir ki, təqaüdə çıxandan sonra rayondan kartof gətirib satacaq, hökumətə yarınmayacaq...

Aydın Xan: Rafiq bəy birinci gün gedib kartof sata bilər, amma ikinci gün bazar adamları onun başına elə oyun açarlar ki, o ordan başını götürüb qaçar...

Günel Mövlud: Rafiq Tağı elə bazarda da yazıçı olar. Elə bazardan da möhtəşəm bir əsər yaza bilər.

Çünki o doğrudan da yazıçıdır. O adam ki özünü kiminsə qoltuğuna sığınmağa məcbur hesab edir, deməli, ona qayğı olub-olmasa da, əvvəldən onun xislətində heç bir yazıçılıq, ziyalılıq olmayıb.

Aydın Xan: Yox, tarix göstərir ki, bu, romantik sözlərdir. Elə sənin özün də hansısa saytda sığınmısan da kiməsə. Məqalə yazırsan. Sən şairsən, öz şeirlərinlə dolana bilirsən?

Günel Mövlud: Yazı yazmaq sığınmaq deyil!

Aydın Xan: Həmin şeydi.

Günel Mövlud: Xeyr.

Aydın Xan: Həmin Nizami, həmin Füzuli, həmin Nitsşe və digərləri də dövlət adamlarının, zəngin adamların sifarişi ilə böyük əsərlər yazıblar...

Günel Mövlud: Vallah mən inanmıram ki, Nitsşe kiminsə sifarişi ilə əsər yazıb. Çox maraqlı açıqlamadır (rişxəndlə)

Aydın Xan: Mən misal üçün dedim Nitsşeni. O birilər olsun...

HALAL-HARAM BÖLGÜSÜ

Aqşin Yenisey: Aydın bəyin bu çıxışından mən özüm üçün bir fikri əxz elədim ki, bizim yanımızdakı – görünən Aydın Xan görünməyən Aydın Xanı müdafiə etməklə məşğuldur.

Bizim söhbətimiz indi ondan gedir ki, ziyalı kimdir? Ziyalının ictimai mövqeyi olmalıdır, ya yox?

Əgər bir adam – Günel, yaxud bir ayrısı – məsələn, bir kartof-soğan satan adam öz məhsulunu bazara çıxarıb satırsa, bununla dolanırsa, bu onun halal qazancıdır.

Bir adam zehninin məhsulu ilə dolanırsa, buna şərait yaratmaq lazımdır ki, o bu işinə davam etsin.

Yoxsa yazıçı ac qalmağın qorxusundan gedib bir varlı müğənninin qoltuğuna sığınacaqsa ki, yalnız öz qarnını-canını xilas etsin, sözsüz ki, belə yazıçıya cəmiyyət pis baxacaq.

Biz sovet dövründən çıxmışıq.

Azərbaycan, onun oxucusu da sovet ziyalısından imtina edib, amma o dövrün yazıçıları hələ də öz varlıqlarını sübut eləmək üçün müxtəlif hoqqalardan çıxırlar...

Bizim ziyalıların ən qüsurlu cəhəti odur ki, yazlnız öz maraqlarına, öz xidmət etdikləri qüvvələrin karına gələn bir məqam olanda ictimai tərəf kimi ortaya çıxır. Toy toğlusu kimi peyda olurlar.

Amma elə ki söhbət bu dairədən kənar qüvvələrin, xalqın, oxucuların maraqlarından gedir, onda həmin ziyalılar deyir ki, bizdən ictimai mövqe tələb etməyin, biz yazıçıyıq, imkan verin, gedib əsərlərimizi yazmaqla məşğul olaq...

Söhbətdən bir parça "Oxu zalı" üçün hazırlanıb. Verilişə tam şəkildə BURADA qulaq asa bilərsiz)
XS
SM
MD
LG