Əfqanıstanın şimalında Qunduz əyalətində intiharçının hücumu nəticəsində 6 əfqan polisi ölüb, 13 nəfər yaralanıb.
İntiharçı özünü hökumətin və beynəlxalq silahlı qüvvələrinin kortejinə vurub. Hərbçilərin maşınlarından biri zədələnib, iki ABŞ əsgəri yaralanıb.