Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:48

«Qarabağ» – «Visla» – 3:2 (Fotosessiya)


Avropa Liqasının üçüncü təsnifat mərhələsində Ağdamın «Qarabağ» futbol klubu Polşanın «Visla» komandasıyla qarşılaşıb.

Birinci hissədən sonra hesab 3:0 Azərbaycan klubunun xeyrinə idi. İkinci hissədə qonaqlar iki top vurdular.

Qolları Əfran İsmayılov, Rauf Əliyev, Rəşad Sadiqov, Pavel Broşek və Rafal Boquski vurublar.

Bir həftə bundan əvvəl, ilk oyunda da «Qarabağ» rəqibini onun meydanında 1:0 hesabı ilə məğlub etmişdi. Qolu 69-cu dəqiqədə Vüqar Nadirov vurmuşdu.

«Qarabağ»ın play-off-dakı rəqibi avqustun 6-da İsveçrədə keçiriləcək püşkatmada bilinəcək.

«DOĞMA DİVARLARDA MƏĞLUBİYYƏT DƏ MÜMKÜNDÜR»

Polşanın «Visla» klubunun baş məşqçisi Henrik Kasperçak oyunqabağı keçirdiyi mətbuat konfransında bildirib ki, futbolda hər şey mümkündür, «hətta doğma divarlarda məğlubiyyət də».

Onun fikrincə, ilk oyunda «Qarabağ»çılar onların qapısında çoxlu təhlükəli vəziyyətlər yarada bilsə də, bir topdan artıq vura bilmədi. Henrik Kasperçakın fikrincə, novbəti oyunda da «Qarabağ»ı çətin oyun gözləyir. Baş məşqçi onu da əminliklə deyib ki, komandası yaxşı oyun nümayiş etdirəcək. «Biz növbəti mərhələdə oynamaq istəyirik. Buraya öz işlərimiz həll etməyə gəlmişik», - Kasperçak deyib.

«HƏR İKİ KOMANDANIN ŞANSLARI BƏRABƏRDİR»

«Qarabağ» klubunun baş məşqçisi Qurban Qurbanov isə mətbuata bildirib ki, oyuna böyük maraq görürlər:

«Oyunun vacibliyini dərk edirik. Baxmayaraq ki, biz qonaq meydançasında qələbə qazanmışıq. Biz «Visla»-nı gördük və onun bütün cəhətlərdən bilirik. Əlbətdə, bizim üzərimizə böyük məhsuliyyət düşür. Çalışacayıq ki, sona kimi mübarizə aparaq və qalib gələk».

O, növbəti mərhələyə keçmək üçün hər iki komandanın şanslarının bərabər olduğunu söyləyir.
XS
SM
MD
LG