Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:15

«İnanmazdım ki, çeçenlərin qürurunu belə sındırmaq olar»


Çeçen prezidenti bilyard oynayır
Gözlə

No media source currently available

0:00 0:01:12 0:00
Direct-ə keçid
Çeçenistan prezidenti Ramzan Kadırovun, yaxud onun atası, keçmiş prezident Axmad Kadırovun portretlərinə Qroznıda hər addımbaşı binaların fasadında, yolların kənarındakı, meydanlardakı bilbordlarda rast gəlmək olar.

Çeçenistan müharibəsi zamanı darmadağın edilmiş Qudemes şəhərinin icra hakimiyyəti başçısının müavini Ramzan Adalayev deyir ki, şəhərdə gedən tikinti işlərinə yalnız "yenidənqurma", "bərpa" demək olmaz, faktiki olaraq əvvəlki Qudermesin yerində daha böyük şəhər qurulur.

İcra başçısının müavini buna görə, prezidentə və onun yaxın ətrafına minnətdardır.

"Prezidentin gecəsi-gündüzü yoxdur, o, cavan, enerjilidir.

Hansısa tikinti proyektlərini həyata keçirmək üçün canını qoyur. O necə deyim sizə, əsl müsəlmandır, insanların rifahı naminə çalışır.

Həm iqtisadçıdı, həm menecer... Bilinmir ki, bu qədər iş görə-görə nə vaxt istirahət edir”.

"Qroznı – dünyanın mərkəzidir"

Meydanların birində nəhəng qlobusun üzərində belə yazılıb. Bu, Qroznıda Ramzan, yaxud Axmat Kadırovla bağlı olmayan tək-tük monumentlərdən biridir.

Qroznıda göydələnlərin sayı artmaqdadır, amma yeni binalardakı mənzillərin boş qalması bu sərmayələrin nə vaxtsa özünü doğruldacağına şübhə yaradır.

21 yaşlı tələbə Adam Axmatov Qroznıdakı gül-çiçəkli parkda Azadlıq Radiosunun rus xidmətinin əməkdaşına deyir ki, respublika rəhbərliyi qısa müddətdə çox böyük nailiyyətlərə imza atıb.

“Özü də söhbət təkcə tikintidən getmir, bizim premyer liqada öz futbol komandamız oynayır, öz voleybol komandamız var, inşallah tezliklə öz xokkey komandamız da olacaq. İdmanda da böyük nailiyyətlər əldə etmişik”.

Qroznının küçələrinə xüsusi maşınlar su səpib təmizləyir, parklardakı güllərə xüsusi qulluq edilir.

“Obyektiv” analitik-informasiya agentliyinin rəhbəri Xeda Saratova inanmır ki, çeçen xarakterini belə tez sındırıb dəyişmək olardı.

"Əvvəllər çeçenlərdə belə şey yox idi. Bəy yox idi ki, kimsə onun qarşısında baş əysin. Varli, yaxud kasıb olsun, hər bir çeçen məğrur adam idi".

Xeda Saratova deyir ki, federal hökumət pul verdiyi üçün hər şeyin yaddan çıxdığını söyləmək olmaz.

Sadəcə camaat düşünür ki,

İndi elə vaxtdı, başını aşağı sal, pulunu qazan.

"Pulu da necə qazanmaq olar? Ya kimisə satmalısan, yaxud ata və oğul haqda mədhiyyə deməlisən. Yaxud da Ramzanın xoşuna gələn başqa işlər tutmalısan".

Azadlıq Radiosunun rus xidmətinin əməkdaşı – Xeda Saratovadan onu da soruşub ki, mədhiyyələr, binalardan asılan portretlər Ramzanın xoşuna gəlirmi?

Saratova deyir ki, Kadırovun öz müsahibələrində bildirdiyinə görə, belə şeyləri xoşlamır. "Amma prezident onu da deyir ki, əgər şəkilərimi binalardan asırlarsa, deməli sevirlər".

Xeda Saratova əmindir ki, şəkil asanlar arasında Ramzanı sevməyənlər, ona nifrət edənlər də var.

Saratova deyir ki, vəziyyət ürəkaçan deyil, sadəcə çeçenlərdə qorxu hissi yaranıb və heç kəs həqiqəti kamera qarşısında demək istəmir.

...Ramzan sanki giqantamaniyaya aludə olub, göydələnlərdən başqa o Şimali Qafqazda ən böyük məscid tikir.

Qroznıda atası üçün - Axmat Kadırov muzeyi də tikdirib.

Hər kəs bilməlidir ki, o bütün sahələrdə liderdir. Firon kimi. Yəqin o gün uzaqda deyil ki, Kadırovu məscidlərdə ruhani lider də elan edəcəklər.
XS
SM
MD
LG