Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:19

Azərbaycan 241,6 milyon dollar kredit götürüb


Avqustun 11-də Bakıda Dünya Bankı (DB) və Azərbaycanın Nəqliyyat Nazirliyi arasında Bakı-Şamaxı-Muğan ikizolaqlı və dördzolaqlı (üçüncü magistral avtomobil yolu) avtomobil yolunun genişləndirilməsi layihəsi çərçivəsində kredit sazişi imzalanıb. Bank bu layihənin maliyyələşdirilməsinə 241,6 milyon dollar həcmində kredit ayırıb. Bu barədə məlumatı Trend yayıb.

Azərbaycan tərəfdən sazişi nəqliyyat naziri Ziya Məmmədov, DB tərəfdən isə ölkə üzrə yeni menecer Cozef Ouen imzalayıb. Bu saziş 2010-cu ilin avqustunda bu vəzifəyə təyin ediləndən bəri Ouenin imzaladığı ilk sazişdir.

Bankın bu kreditindən 70 milyon dollar 2010-cu ildə Azərbaycan üçün Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA DB qrupuna daxildir) kvotaları hesabına güzəştli şərtlərlə nəzərdə tutulub,

171,6 milyon dollar Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB) xətti ilə ayrılacaq.

Layihənin ümumi dəyəri 356,15 milyon dollar təşkil edir.

Maliyyələşmənin yerdə qalan digər hissəsi, müvafiq olaraq, layihədə dövlətin iştirak payı sayəsində həyata keçiriləcək.

BİA-nın xətti ilə kredit resursları 10 illik güzəştli dövr olmaqla 20 illliyə, BYİB isə ödənişdən dördillik möhlətlə 17 illiyə ayrılıb.

Bakı-Şamaxı-Muğan yolunun uzunluğu 122 kilometr təşkil edir ki, onun da 101 kilometri müzakirə olunan layihə çərçivəsində tikiləcək, yerdə qalan hissə isə artıq tikilib.

Azərbaycan 1992-ci ildən DB-nin üzvüdür. Bankla əməkdaşlıq ərzində ölkəyə 47 layihənin maliyyələşdirilməsi üçün 2,5 milyard həcmində kredit ayrılıb.
XS
SM
MD
LG