Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:44

Putin-Medvedev tandemi nüfuz itirir


Vladimir Putin və Dmitri Medvedev, 22 yanvar 2010
Vladimir Putin və Dmitri Medvedev, 22 yanvar 2010
Avqustun 10-da Rusiyanın üç öndə gedən sosioloji araşdırma mərkəzi prezident Dmitri Medvedevlə baş nazir Vladimir Putinin ölkədə reytinqinin kəskin düşməsi haqqında hesabat yayıb.

MEDVEDEV 10, PUTİN 8 FAİZ İTİRİB

«İctimai rəy» Mərkəzinin sorğularına görə, bu ilin yanvarından avqustuna qədər prezident Medvedevin reytinqi 62 faizdən 52 faizə düşüb. Həmin dövrdə baş nazir Vladimir Putin də 8 faiz reytinq itirərək son illərin ən aşağı səviyyəsinə düşüb.

«Peterburq siyasəti» fondunun prezidenti Mixail Vinoqradov hesab edir ki, Medvedevlə Putinin reytinqinin düşməsi məntiqlidir:

«Bu yay baş verənlər, istilər, yanğınlar, əhalinin köməksiz qalması hakimiyyət üçün o qədər də xoş olmayan emosional mühit yaradır. Ona görə hesab edirəm ki, onların reytinqlərinin düşməsi hələ gələcəkdə də davam edəcək».

HAKİMİYYƏT VƏZİYYƏT NECƏ ÇIXACAQ?

Mixail Vinoqradov bildirir ki, reytinqin düşüb-qalxması zaman-zaman baş verir. 2005-ci ilin əvvəlində sosial imtiyazların ləğv edilməsi zamanı da Vladimir Putinin reytinqi ən aşağı səviyyəyə düşmüşdü. Əsas məsələ hakimiyyətin bu vəziyyətdən necə nəticə çıxaracağındadır.

Putin təyyarə ilə Ryazanda meşə yanğınlarını söndürür, 10 avqust 2010
Moskvadakı Karneqi Mərkəzinin eksperti Nikolay Petrov isə hesab edir ki, indi hökumət nümayəndələrinin hətta böhranlı vəziyyətdə xalqın yanında olmaları belə onların əleyhinə işləyir. Onun fikrincə, indi Rusiyada uzun illər davam etmiş hədsiz mərkəzləşdirilmiş hakimiyyət üsulunun nəticələri yaşanır:

PUL PAYLAMAQ, ÜRƏK-DİRƏK TAKTİKASI KEÇMİR


«Sosioloqların dedikləri reytinq düşməsi ilin əvvəlindən davam edən tendensiyadır. Mənə elə gəlir ki, indi hakimiyyətin bu tendensiyanın qarşısını almaq üçün görə biləcəyi bir tədbir yoxdur. Baş nazirin yanğın baş verən bölgələrə gedib adamlara ürək-dirək verməsi, onlara pul paylaması taktikası artıq işləmir. Adamlarda belə təəssürat yaranır ki, hökumət nəsə etməyə çalışır, amma alınmır. Biz indi ölkədə səmərəsiz və olduqca mərkəzləşmiş bir hakimiyyət sisteminin nəticələrini yaşayırıq».

Amma Rusiyada politoloqlar həm də ona diqqət çəkirlər ki, əslində Rusiyanın siyasi sistemində ictimai rəyin necə olması hakim elita üçün o qədər də həlledici məsələ deyil. Reytinqin necəliyinin siyasi qərarların qəbuluna bir təsiri olmur.

BU, KREMLDAXİLİ ÇƏKİŞMƏLƏRDİR

Lev Qudkov
Amma Rusiyada daha bir tanınmış araşdırma mərkəzi «Levada» mərkəzi ölkədə Putinlə Medvedevin reytinqində ciddi dəyişiklik olmadığını bildirir. Mərkəzin rəhbəri Lev Qudkov AzadliqRadiosunun rus xidmətinə deyib ki, əslində son elan edilənlər Kremldaxili çəkişmələrin təzahürüdür:

«Bu hesabatı hazırlayanlar administrasiyaya yaxın təşkilatlardır. Bizim araşdırmalarda çox da ciddi dəyişikliklər görünmür. Ola bilər, yuxarı eşelonlarda çəkişmə var, bir dəstə o birini reytinqi itirməkdə ittiham edir».

XALQ ONLARIN ƏTRAFINDA SIX BİRLƏŞİR


Hakim «Vahid Rusiya» partiyasının icra katibinin müavini Aleksey Çadayev isə hesab edir ki, partiya və dövlət liderlərinin reytinqinin ciddi düşməsi olmayacaq. Əsas arqumenti də budur ki, ölkə üçün ciddi vəziyyətlərdə xalq onların ətrafında sıx birləşir.

Amma Rusiya mediası xəbər verirlər ki, hakim partiya yanğınlar dövründə tətilini yarımçıq kəsib işinə dönməyən regional liderlərə qarşı ciddi tədbirlər görməyə hazırlaşır. Bu amil hakim partiyanın imicini xeyli korlayıb.

İCTİMAİ FİQURLARIN FƏALİYYƏTİNƏ İNAM İNDEKSİNİN DİNAMİKASI – BALLA

3 iyul 2010 10 iyul 201017 iyul 2010 24 iyul 2010
D.Medvedev43383839
V.Putin49474747
V.Jirinovski-15-15-12-14
G.Zyuqanov-9-9-7-10
S.Şoyqu999 7
S.İvanov4422
B.Qrızlov1110
Y.Lujkov-2-1-2-1

Mənbə: İctimai Rəyin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzi
XS
SM
MD
LG