Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 00:57

Aştiyaniyə televiziya çıxışından əvvəl işgəncə veriblər


İranda daşqalaq edilməklə ölümə məhkum edilmiş qadın Səkinə Məhəmmədi Aştiyani avqustun 11-də dövlət televiziyasına çıxarılıb. O, sıxıntı içində Azərbaycan dilində danışırmış. Dediklərini fars dilinə tərcümə edirlərmiş.

Aştiyani çıxışında ərinin öldürülməsi planından danışıb.

Vəkili Houtan Kian Britaniyanın «The Guardian» qəzetinə deyib ki, televiziyaya çıxarmazdan əvvəl Aştiyaniyə işgəncə veriblər.

2006-cı ildə tutulanda Aştiyaniyə ərinə xəyanət ittihamı ilə 99 qamçı vurulub. Sonra Təbrizdə məhkəmə onu ərini öldürməkdə də ittiham edib. Bunun ardınca xəyanət ittihamına görə bəraət alsa da, az sonra məhkəmə «öz məlumatlarına» əsaslanaraq yenidən işi təzələyib və onu daşqalaq edilməklə ölümə məhkum edib.

Beynəlxalq təşkilatlar İranı bu addımdan çəkinməyə çağırır.

XS
SM
MD
LG