İran rəsmiləri ölkənin üçüncü nüvə zənginləşdirən zavodunun tikintisinə hazırlaşdıqlarını bildiriblər.
İranın Atom enerjisi üzrə səlahiyyətli rəsmisi Əli Əkbər Salehi bildirib ki, ölkədə 10 yeni nüvə müəssisəsi tikmək üçün yerlər müəyyən edilib. Onlardan birinin tikintisinə gələn ildən başlanacaq.
Hazırda İran ölkənin mərkəzindəki Natanz zavodunda uranın zənginləşdirilməsi ilə məşğuldur. İkinci belə zavodunu isə paytaxt Tehranın cənubunda Fordo dağının içərisində tikir.
Qərb İranın nüvə fəaliyyətinin silah düzəltməyə yönəlməsindən narahatdır. Buna görə İrana qarşı BMT-nin sanksiyaları tətbiq edilib. Amma Tehran nüvəni yalnız dinc məqsədlərlə zənginləşdirdiyini bildirir.