Keçid linkləri

2025, 20 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 12:11

Kosovo serbiyalı məmurların respublikaya gəlişinə qadağa qoyub


Kosovo serbiyalı məmur və siyasətçilərin respublikaya rəsmi səfərinə qadağa qoyub.

Daxili işlər naziri Bayram Rəcəbi bildirib ki, buna səbəb, Kosovonu hələ də Serbiyanın tərkib hissəsi sayan siyasətçilərin Kosovo ərazisində verdikləri bəyanatlardır.

Priştina deyir ki, bu qadağa şəxsi səfərlərə aid deyil, amma siyasi bəyanatlarla çıxış edən serbiyalı nümayəndələri bu qadağa çərçivəsində həbs təhlükəsi gözləyir.
XS
SM
MD
LG