Birləşmiş Millətlər Təşkilatı bu ilin 12 avqustundan başlayaraq 2011-ci ilin 12 avqustuna qədər Beynəlxalq Gənclər İli elan edib.
12 avqust tarixinin özü isə hər il Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu günün təsis olunması 1998-ci ilin avqust ayında Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilmiş beynəlxalq konfransda qərara alınıb. 1999-cu ildə isə bu qərar Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən dəstəklənib.
Beynəlxalq Gənclər İlinin şüarı «Nəsillər arası dialoq və qarşılıqlı anlaşma»dır.
Bu ilin elan olunmasında əsas məqsəd müxtəlif nəsillərdən olan insanlar, mədəniyyətlər, din və sivilizasiyalar arasında həmrəylik, insan hüquqlarına hörmət və dünyəvi ideyaların təbliğ olunmasından ibarətdir.
Beynəlxalq Gənclər İlinin Azərbaycanda da keçirilməsi nəzərdə tutulur.
Gənclər və İdman Nazirliyinin məlumatına görə, bu il gənclərin həyatında müxtəlif tədbirlərlə yadda qalacaq. Bu tədbirlərə Yay Gənc Liderlər Məktəbinin, Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərdə ilk dəfə səs verəcək gənclər üçün regional məlumat seminarlarının, Goranboy, Naftalan, Daşkəsən, Ağstafa və Gədəbəy rayonlarında ordudan tərxis olunmuş gənclər üçün sahibkarlıq fəaliyyətinin əsaslarına dair təlim kurslarının, Gəncəbasar zonası üzrə «İstedadlar sorağında» festival-müsabiqəsinin, cənub zonasına daxil olan rayonlarda (şəhərlərdə) «Gənclər zərərli vərdişlərə qarşı birləşir» devizi altında mədəni – kütləvi aksiyaların, Ali təhsil müəssisələrinə yüksək ballarla qəbul olmuş gənclər üçün «Tələbə adın mübarək!» adlı bədii-ədəbi gecənin, Gənclər təşkilatlarının IV Respublika Sərgisinin, «Azərbaycan gənc alimlərinin XXI əsr elminə töhfəsi» (son 3 ildə aparılan elmi tədqiqat işlərin nəticələrinə həsr olunmuş konfransı), Menecment sahəsində tələbələrin layihələrinə dair beynəlxalq festival-musabiqənin, «Gənclər ekoloji inkişaf uğrunda» 1-ci Bakı Beynəlxalq Elmi-praktiki konfransın, VII «Start» Beynəlxalq Tələbə Filmləri Festivalının keçirilməsi və digər layihələrin təşkili daxildir.
Bu, Azərbaycanda keçiriləcək 2-ci gənclər ilidir. Bundan əvvəl isə 2007-ci il prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda gənclər ili kimi qeyd olunub. Həmin ilin tədbirlər planına burada baxa bilərsiniz.